Hindistan Pakistanla sərhədində bütün hava hücumundan müdafiə qüvvələrini yerləşdirib. SİA xəbər verir ki, bu barədə ANI agentliyi Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb. “Hər hansı bir fövqəladə vəziyyətə cavab vermək üçün Hindistan-Pakistan sərhədində bütün hava hücumundan müdafiə bölmələri yerləşdirilib”, – məlumatda bildirilib