Amerika Birləşmiş Ştatları hökuməti ölkə ərazisində qanunsuz yolla yaşayan, Mərkəzi Asiya regionundan olan 131 miqrantı Özbəkistana deportasiya edib. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Məlumata görə, onların arasında Qazaxıstan, Qırğızıstan və Özbəkistan vətəndaşları yer alır. Özbəkistan öz vətəndaşlarının deportasiyasını tam olaraq maliyyələşdirib. Qeyd olunur ki, bu, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinliyini vurğulayır və Amerika ittifaqları üçün standartlar müəyyən edir.
Daha çoxDay: May 2, 2025
Seysmik aktivliyin artacağı barədə xəbərdarlıq…
Türkiyədə zəlzələni proqnozlaşdıran alim yeni proqnoz verib… …SSGEOS (Günəş Sistemi Həndəsə Araşdırması) üçün çalışan hollandiyalı tədqiqatçı Frank Huberbits dünyanın müxtəlif bölgələrində güclü zəlzələlərin baş vermə ehtimalı ilə bağlı yeni açıqlaması ilə diqqət çəkib. SİA-nın məlumatına görə, 2023-cü ilin fevralında Türkiyə və Suriyada baş verəcək dağıdıcı zəlzələni dəqiq proqnozlaşdırdığı üçün şöhrət qazanan Huberbits yaxın gələcəkdə seysmik aktivliyin artacağı barədə xəbərdarlıq edir. Onun proqnozlarına görə, ən həssas bölgələr Türkiyənin şərqi, Yunanıstan, Yaxın Şərq, Alyaska və ABŞ-ın qərb sahilləri, xüsusən də Cənubi Kaliforniyadır. Rezonanslı proqnozlara baxmayaraq, Huberbits mümkün…
Daha çoxPxenyan Kreml səngərlərinə yol çəkir…
Şimali Koreya Rusiyaya ilk avtomobil körpüsünün tikintisinə başlayıb… …Deməli, SİA-nın məlumatına görə, Britaniyanın BBC xəbər agentliyi ölkənin şimal-şərqində Tumen çayı üzərindən körpünün tikintisinin çərşənbə günü başladığını bildirib. …Şimali Koreyanın dövlət mediası xəbər verir ki, Şimali Koreya Rusiyaya ilk avtomobil körpüsünün tikintisini ikitərəfli münasibətlərin inkişafında “əhəmiyyətli” addım adlandırıb. O, iki ölkə arasında mövcud olan yeganə quru əlaqənin, Dostluq körpüsü kimi tanınan sovet dövründən qalan dəmir yolu körpüsünün yanında yerləşəcək. …Rusiyanın “Kommersant” qəzetinin məlumatına görə, tikintinin 2026-cı ilin ortalarında başa çatdırılması planlaşdırılır. Körpünün tikintisi Şimali Koreyanın Ukraynaya…
Daha çoxAğ Evə qayıdan Trampa qarşı ən güclü tənqidi çıxış…
Demokrat ilk dəfə olaraq ABŞ prezidentinin siyasətini şərh edib… …Artıq qeyd edildiyi kimi, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris prezident Donald Trampı kəskin tənqid edib. SİA-nın məlumatına görə, bu, onun uduzduğu 2024-cü il seçkilərindən sonra ilk dəfədir ki, baş verir. Qeyd edək ki, bu barədə The Guardian xəbər verir. Deməli, demokrat San-Fransiskoda demokrat qadınları siyasi karyera qurmağa və namizədliyini irəli sürməyə təşviq edən Emerge America təşkilatının yaranmasının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edib. Harris çıxışı zamanı Trampın vəzifədə olduğu ilk 100 gününü kəskin tənqid…
Daha çox72 senator Rusiyaya qarşı “sarsıdıcı” sanksiyaları dəstəkləyir..?
…ABŞ senatoru Lindsi Qrem (Rusiya Federasiyasındakı terrorçular və ekstremistlər siyahısına daxil edilib-A.B.) ABŞ Senatındakı 72 həmkarının Rusiyaya qarşı yeni “sarsıdıcı” sanksiyaların tətbiqi məsələsində dəstəyini bildirib. Qrem qanun layihəsini təqdim etmək üçün Nümayəndələr Palatasında kifayət qədər dəstəyin olduğunu söyləyib. … SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, o, prezident Vladimir Putinin münaqişəyə son qoymaq üçün danışıqlara başlamadığı təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini 72 həmkarının dəstəyinə malikdir. Layihəyə əsasən, Rusiyadan neft, neft məhsulları, qaz və ya uran alan ölkələrdən idxala 500 faizlik gömrük rüsumunun tətbiqi nəzərdə tutulur.…
Daha çoxTrampın Putinə münasibətini kimin dəyişdiyi məlum olub..?
ABŞ prezidentinə Kreml rəhbərinin ona qarşı hörmətsizlik etdiyi çatdırılıb..? …İddialara görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronun aylarla davam edən sakit diplomatik səylərindən sonra ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə bağlı ritorikasını bir qədər dəyişib..? SİA-nın Qərb mənbələrindən əldə etdiyi məlumata görə, həm Starmer, həm də Makron Trampı Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq etməməyə və qəzəbinin bir hissəsini Putinə yönəltməyə çağırıblar. Yenə də iddialara görə, bunun üçün Putinin Amerika prezidentini axmaq kimi göstərməsi arqumentindən istifadə ediblər..? …ABŞ prezidentinin Putini ictimai…
Daha çox