72 senator Rusiyaya qarşı “sarsıdıcı” sanksiyaları dəstəkləyir..?


…ABŞ senatoru Lindsi Qrem (Rusiya Federasiyasındakı terrorçular və ekstremistlər siyahısına daxil edilib-A.B.) ABŞ Senatındakı 72 həmkarının Rusiyaya qarşı yeni “sarsıdıcı” sanksiyaların tətbiqi məsələsində dəstəyini bildirib.

Qrem qanun layihəsini təqdim etmək üçün Nümayəndələr Palatasında kifayət qədər dəstəyin olduğunu söyləyib.

SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, o, prezident Vladimir Putinin münaqişəyə son qoymaq üçün danışıqlara başlamadığı təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini 72 həmkarının dəstəyinə malikdir. Layihəyə əsasən, Rusiyadan neft, neft məhsulları, qaz və ya uran alan ölkələrdən idxala 500 faizlik gömrük rüsumunun tətbiqi nəzərdə tutulur.

Əlavə sanksiyaların, o cümlədən ABŞ vətəndaşlarının Rusiyanın suveren borcunu almasına qadağa qoyulması təklif edilir.

Xatırladaq ki, Tramp ikinci müddətinin ilk 100 günündə Vaşinqtonda “tarixi dəyişikliklər” elan etmişdi. .

Əli Babayev

Əlaqəli Xəbərlər