Avropada faşizm yenidən dirçəlir

“Peqida” neofaşist gənclər təşkilatı hakimiyyətlərə nasistlərin gətirilməsi barədə vərəqələr paylayır Dünyanın əksər bölgələrində hökm sürən qeyri-sabit ictimai-siyasi vəziyyət iqtisadi, sosial, ticarət böhranlarının yaranmasına gətirib çıxarır. Xüsusilə də Avropada cərəyan edən iqtisadi, sosial, siyasi tənəzzül daha acınacaqlıdır. Bəzi siyasi şərhçilər Avropanı ağuşuna alan siyasi, iqtisadi böhranın ilkin mərhələ də Avropa İttifaqının dağılmasına gətirib çıxaracağını söyləyirlər. Sonrakı dövrdə isə Avropadan start götürəcək yeni müharibə ocaqlarının tədricən genişləncəyi proqnozlaşdırılır. Hazırda bəzi Avropa ölkələrində nasistlərin fəallığının artması proqnozların reallığa çevriləcəyinə əsaslar yaradır. Avropada elə bir arzuolunmaz durum yaranıb ki, Almaniya, Finladiya, Niderland, İtaliya kimi…

Daha çox

AMB “Meqa Sığorta”nın vəzifəli şəxslərini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Meqa Sığorta” ASC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində şirkətin “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələbini pozduğu üzrə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq “Meqa Sığorta”nın vəzifəli şəxsləri 300 manat cərimə edilib.

Daha çox

“Aviasiya haqqında” qanunun icrası ilə əlaqədar qanuna dəyişiklik layihəsi müzakirə olunub

Milli Məclis mülki aviasiya sahəsində dövlət rüsumu tutulan xidmət və hüquqi hərəkətlərin siyahısının genişləndirilməsini təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Aviasiya haqqında” qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Sənədə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi üçün 15 manat, aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat rüsum nəzərdə tutulub. Qanun layihəsində həmçinin qeyd edilib ki, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi üçün 10 manat, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi üçün 10…

Daha çox

AMB “Sizin Lombard”ı və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-ni (“Sizin Lombard”) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulması halı aşkarlanıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən “GL” və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10…

Daha çox

Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib

Konstitusiya Məhkəməsi indiyə qədər 591 qərar, 172 qərardad qəbul edib. SİA xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı Dövlət Universitetində “Konstitusiya – dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, məhkəmə 1998-ci ildən fəaliyyət göstərir: “Məhkəmənin ali səlahiyyəti ədalət mühakiməsini həyata keçirmək və konstitusiyanın aliliyini əsas tutmaqdır”. Sədr əlavə edib ki, innovasiyalar hər sahədə olduğu kimi, məhkəmə-hüquq sahəsində də qaçılmazdır. O bildirib ki, Azərbaycan Konstitusiyasına 1995-ci ildən bəri 3 dəfə dəyişiklik edilib: “Bunlar insan hüquqlarının genişlənməsi, dövlət…

Daha çox

İnsan alverinə qarşı mübarizə necə aparılmalı?

“İnsan alveri dedikdə – zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib. O bildirib ki, insan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının…

Daha çox

“Xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə YAP Sabunçu Rayon Təşkilatı və “Balakhani Operating Company LTD”nin birgə təşkilatçılığı ilə “Xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını doğma Azərbaycanı qurub abad etməyə həsr edib. Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin, bəlkə də, ən əvəzolunmazı, onun çətin dönəmdə insanlarda ruh yüksəkliyi yaratması, dövlətə inamı bərpa etməsi idi. Bir çox müstəsna cəhətləri ilə yanaşı Heydər Əliyevi cəsarətli və müdrik…

Daha çox

Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub. Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Daha çox

Ombudsman aparatının əməkdaşları reabilitasiya mərkəzlərində ciddi nöqsanlar aşkar ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin monitorinqi prosesinə start verilib. SİA-nın Ombudsman aparatının mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, monitorinq zamanı ciddi nöqsanlar aşkar edilib. Monitorinqlər narkomaniya, alkoqolizm, ludomaniya və digər asılılıqlardan əziyyət çəkən şəxslərin reabilitasiyası ilə məşğul olan kişilər üçün “Parlaq həyat” və qadınlar üçün “Womens rehab” mərkəzlərində keçirilib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Narkoloji xidmət…

Daha çox