Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını ödəmək üçün 9 və 11 may tarixlərində əlavə qatar reyslərini xəttə buraxacaq.
SİA-nın məlumatına görə, ADY-dən bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkün olacaq.
“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə əlavə olunub.