“Bu gün dünyada dövlətlərin fəaliyyət gündəliklərinin əsas prioritetlərindən biri əməkçi insanların, o cümlədən, ailələrin sosial rifahını möhkəmləndirmək, qadınların və uşaqların hüquqlarını qorumaq, hər kəsə bərabər imkanlar və bərabər fürsətlər yaratmaqdır”. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb: “İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalıyıq. Bu gün yeni çağırışlar böyük qayıdış prosesi çərçivəsində meydana çıxır. Buradakı məsələlər kollektiv müqavilələrdə də…
Daha çoxDay: April 28, 2025
İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi. İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Daha çoxAzərbaycanın Akselerator Platformasına əlçatanlığı təmin edildi
“Ölkələr qarşısında duran əsas vəzifələrdən biri insan resurslarının sözügedən transformasiyaya hazırlığını təmin etmək, əhalinin rəqəmsal savadlılığını artırmaq, yeni bacarıqların formalaşdırılması üçün davamlı təhsil və ixtisasartırma imkanlarını genişləndirməkdir. Rəqabətli insan kapitalının formalaşdırılmasının növbəti onillik üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetindən biri olmasını əsas tutaraq, Azərbaycanda da bu istiqamətdə həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində bir sıra mühüm addımlar atılmaqda, təşəbbüslər həyata keçirilməkdədir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı…
Daha çoxQubada qəzalı vəziyyətdə olan körpünün bərpasına başlanılıb
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpünün bərpasına başlayıb. Bu barədə SİA-ya Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, sel nəticəsində körpünün orta dayağı yuyulmuş və nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü: “Hazırda həmin dayağın bərpası işləri icra olunur. Bunun üçün əraziyə xüsusi texnikalar cəlb olunub. Qeyd edim ki, hadisə baş verəndə dərhal əraziyə Agentliyimizin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb”. A. Nəcəfli əlavə edib ki, hazırda sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil…
Daha çox“Biz Çin-Azərbaycan münasibətlərinə 3 istiqamət üzrə baxa bilərik”
“Biz Çin-Azərbaycan münasibətlərinə 3 istiqamət üzrə baxa bilərik. Birinci istiqamət ondan ibarətdir ki, siyasi nöqteyi-nəzərdən Azərbaycan-Çin arasında 2024-cü ilin iyul ayından etibarən strateji tərəfdaşlığa aid bəyannamə imzalanıb. Bununla da Azərbaycan və Çin arasındakı münasibətlər strateji zəminə çatıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib. Onun sözlərinə görə, ikinci bir istiqamət Çin və Azərbaycan arasındakı iqtisadi münasibətlər və iqtisadi tərəfdaşlıqdır: “Məlumdur ki, Çin iqtisadi imkanlarına görə dünya iqtisadiyyatına liderlik edən ölkələrdəndir. Geniş iqtisadi potensiala malikdir. Dünyaya texnologiya ixrac edir. Bu baxımdan Azərbaycanla Çinin arasında əlavə iqtisadi münasibətlər, iqtisadi tərəfdaşlıqla bağlı…
Daha çox“Fərdi məlumatların təhlükəsizliyinə dair tələblər pozulur, şikayətlər var”
“”Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidlərin və risklərin əvvəlcədən müəyyən edilməsi və görüləcək tədbirlərin proqnozlaşdırılması məqsədilə süni intellekt əsaslı həllərin işlənib hazırlanması və tətbiqi əsas hədəflərdən biri kimi müəyyən edilib”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu sahədə müəyyən çətinliklərə artıq rast gəlinir və fərdi məlumatların təhlükəsizliyinə dair tələblərin pozulması halları ilə bağlı Ombudsmana şikayətlər…
Daha çox“Hər uşağa fərdi yanaşılmalıdır”
“Bağçanın uşaqların həyatında önəmi çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Onun sözlərinə görə, uşaq yeni insanlarla salamlaşmağı, oynamağı, oyuncaqlarını paylaşmağı öyrənir. Təlim və tərbiyə birlikdə aparılır. Tərbiyəçi yeni gələn uşağa necə davranmalıdır? Hər uşağa fərdi yanaşılmalıdır. Çünki hər uşağın sinir sisteminin tipi, xarakterik xüsusiyyətləri, adaptasiya müddəti fərqlidir. Elə uşaqlar var ki, çox qısa zamanda bağçaya alışır, hətta valideyni onu evə aparmağa gələndə uşaq evinə getmək belə istəmir. Lakin elə uşaqlar da olur ki, xüsusən də, anadan və ya nənədən başqa heç kimlə zaman…
Daha çoxADB Azərbaycanın regional enerji-ticarət mərkəzinə çevrilməsinə kömək edəcək
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında enerji və nəqliyyat ticarəti üzrə strateji regional mərkəzə çevrilməsi üçün ölkə ilə əməkdaşlıq edəcək. SİA ADB-nin hesabatına istinadən xəbər verir ki, bankın 2025-2029-cu illər üçün tərəfdaşlıq strategiyası Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək. Bank yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb edilməsi və innovativ həllərin tətbiqi sahəsində özəl sektora dəstəyi davam etdirəcək. “Bu, qeyri-dövlət sektoru üçün yeni maliyyə məhsullarının təklif edilməsini və mikro, kiçik və orta müəssisələrin dəstəklənməsini əhatə edəcək. İnklüziv artımı təşviq etmək üçün ADB səylərini regionların inkişafına və qadınlar…
Daha çox“Zərifə xanım hər zaman ideal xanım
“Azərbaycan qadını tarixin bütün dönəmlərində öz yüksək keyfiyyətləri ilə seçilib, təqdir olunub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, bütün bu keyfiyyətlər içərisində ən üstün məqam isə qadınlarımızın cəmiyyət, insanlıq üçün faydalı olmasındadır: “Bu mənada tam əminliklə demək olar ki, akademik Zərifə xanım Əliyeva tək Azərbaycan tarixi üçün deyil, bütövlükdə dünya üçün əsl qadın örnəyidir. Tarixdə iz qoymuş yenilikçi həkim kimi şəxsiyyətində işıq daşıyan Zərifə xanım eyni zamanda alim olaraq özünü dünya tibbi üçün təsdiqləyərək mütərəqqi Azərbaycan qadınının bəşəri obrazını nümayiş etdirməyi bacardı. Zərifə xanım oftalmologiya…
Daha çox“Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var”
“Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var. Xocalının vaxtı ilə işğal edilməsi və insanlığa tam zidd olan vəhşiliyin həyata keçirilməsi Azərbaycana ağır bir yara vurmuşdur. Lakin illər sonra Xocalının azad olunması Xocalı qurbanlarının xatirəsinə, ruhuna ən böyük hədiyyə olunmaqla bərabər, tariximizin önəmli bir səhifəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Xocalı sakinlərinin öz yurdlarına qayıtmaqları və yenidən orada məskunlaşmaları Azərbaycan tarixinin əhəmiyyətli səhifəsidir: “Bu bir daha Ermənistana və bütün dünyaya bir mesajdır ki, Xocalıya qarşı nə qədər ağır cinayət törədilmiş…
Daha çox