Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb

Yaz mövsümündə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti aprelin 19-da paytaxtda genişmiqyaslı təmizlik işləri aparıb. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib. Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, güclü yağışdan sonra yığılan torpaq qatı təmizlənib. Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və…

Daha çox

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırılır

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər. Qanun həmçinin “e-mühasibat” informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir: – Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması; – Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram…

Daha çox

İşğaldan azad olunmuş ərazilərə idxalda vergi və rüsum azadolmalarına dair hüquqi mexanizm genişləndirildi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalı üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan azadolmalarla bağlı yeni hüquqi mexanizm qüvvəyə minib. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb. Yenilənmiş qanuna əsasən, sənaye və texnologiyalar parklarının rezidentləri, idarəedici təşkilatları və operatorları, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və fiziki şəxslər (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar) tərəfindən idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üçün tələb olunan təsdiqedici sənədlərə dair müddəalar əlavə edilib.…

Daha çox

Nisyə satışla məşğul olan sahibkarlar kredit bürosuna məlumat vermək öhdəliyindən azad edildi

Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. SİA xəbər verir ki, bu dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.

Daha çox

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

“Baker Tilly Audit Azərbaycan” QSC İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi xidməti ilə bağlı kotirovka sorğusunun qalibi olub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu xidmətlərin göstəriilməsi üçün “Baker Tilly Audit Azərbaycan”a 38 940 manat ödəniləcək. Xatırladaq ki, İZİA-nın 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi də “Baker Tilly Audit Azərbaycan” QSC olub və ona 34 220manat ödənilib.

Daha çox

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Daha çox

Zelenski onları “qara siyahı”ya saldı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə müharibədə Rusiyaya açıq dəstək verən 20 rusiyalı mədəniyyət və idman xadimi ilə bağlı fərman imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar 10 il müddətinə tətbiq edilib və bu məhdudiyyətləri nəzərdə tutur: Ukraynanın dövlət mükafatlarından məhrumetmə, maliyyə aktivlərinin bloklanması, ticarət əməliyyatlarına qadağa və onların yaradıcılığının Ukrayna ərazisində yayılmasının tam olaraq məhdudlaşdırılması. Siyahıya adı daxil edilənlər: – İrina Apeksimova (teatr və kino aktrisası) – Eqor Konçalovski (kinorejissor) – Nikita Ciqurda (aktyor-şoumen) – Oskar Kuçera (aktyor-teleaparıcı) – Vitali Qoqunski (“Univer” serialında Kuzya obrazı ilə tanınan…

Daha çox

AİB Gürcüstanın enerji təhlükəsizliyi üçün 104 milyon dollar kredit ayırıb

Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın enerji təhlükəsizliyinin səviyyəsinin artırılması üçün 104 milyon dollar kredit ayırıb. SİA xəbər verir ki, bu barədə AİB-nin yaydığı məlumata deyilir. Bildirilir ki, AİB “Enerjinin saxlanması və yaşıl hidrogen” layihəsi çərçivəsində Gürcüstanda özünün ilk enerji anbarını yaratmaq və ölkədə “yaşıl hidrogen”in inkişaf imkanlarını araşdırmaq niyyətindədir. Layihə Gürcüstanın elektrik sisteminin istehsal qabiliyyətini artıracaq və gücü 200 MVt/200MVt saat olan BESS tipli akkumulyator batareyaları hesabına enerji ehtiyatı yaratmağa imkan verəcək. Bunun üçün Tbilisinin Krtsanisi rayonu ərazisində yarımstansiyanın tikintisi nəzərdə tutulub.

Daha çox

Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər

Britaniya Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. SİA Baş Nazirliyin ofisinə istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər Birləşmiş Krallıq və ABŞ arasında davam edən məhsuldar ticarət danışıqlarını müzakirə ediblər. Baş nazir azad və açıq ticarətə sadiqliyini bir daha vurğulayıb, milli maraqların qorunmasının vacibliyini qeyd edib. Danışıq zamanı həmçinin, Ukraynadakı vəziyyət, İranla bağlı məsələlər və Yəməndə husilərə qarşı son hərbi tədbirlər də müzakirə olunub.

Daha çox