Buryatiyadan olan Rusiyanın boks çempionu Kristina Tkaçeva İslamı qəbul edib və hicab geyinib.
SİA-nın məlumatına görə, Gazeta RB xəbər verir ki, qız bu barədə ötən gün VK səhifəsində abunəçilərinə təvazökar müsəlman geyimində selfi əlavə edərək bildirib.
…Bu, mənim şüurlu qərarımdır. Məni heç kim məcbur etməyib, işə cəlb etməyib.
Bunu yazan Tkaçeva boksu tərk etmək qərarına gəldiyini də bildirib və bu addımın İslamı qəbul etməklə heç bir əlaqəsi olmadığını vurğulayıb.
…Məndə çoxdan belə fikirlər var idi və yaxın ətrafım da bunlardan xəbərdar idi, – deyə Kristina paylaşıb.
…Qız Dağıstana köçüb Kaspiyskdə məskunlaşmağa qərar verib.
Xatırladaq ki, Moskva vilayətinin Serpuxov şəhərində keçirilən qadınlar arasında boks üzrə 25-ci yubiley Rusiya çempionatında Kristina Tkaçeva 81 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.
Əli Babayev