…Aprelin 18-də Ukrayna prezidenti Vladimir Zelenski yeni sanksiyalarla bağlı fərman imzalayıb. Əsasən Rusiya şirkətləri olan 60 müəssisənin siyahısında Belarusun SvetloqorskXimvolokno şirkəti 20-ci yerdə idi.
SİA-nın məlumatına görə, sanksiyalara 16 məhdudiyyət bəndi daxildir.
Bunlara aktivlərin bloklanması və ticarət əməliyyatlarının məhdudlaşdırılması, tranzitin dayandırılması və iqtisadi, maliyyə öhdəliklərinin icrasının dayandırılması daxildir. …Ukrayna Xarici İşlər Nazirliyi Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin səlahiyyətli orqanlarına sanksiyaların tətbiqi barədə məlumat versin və onlarla oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırsın, – deyə fərmanda qeyd olunub.
Əli Babayev