Son günlər Ermənistan silahlı qüvvələri hərbi müstəvidə təxribatlarını yenidən artırıb. Maraqlı məqam odur ki, bu təxribatlar həm də siyasi sabotajlarla paralel irəliləyir. Yəni rəsmi İrəvan həm sərhəddə hərbi, həm də diplomatik cəbhədə siyasi spekulyasiyalarını davam etdirir, münasibətlərin normallaşması ilə bağlı danışıqların müsbət ab-havasına zərbə vurur. SİA mövzu ilə bağlı QHT sədrləri arasında sorğu edərək onların bu barədə fikirlərini öyrənib. Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli: “Ermənistan Azərbaycanla səmimi sülh bağlamaq fikrində deyil. Dünya erməniliyi və super güclər Ermənistanı Qafqazda ona görə yaratmayıb ki, o gəlib Azərbaycanla dost olsun. Ermənistan dövlət…
Daha çoxDay: April 17, 2025
Onlar məni qorxutmaq istəyirdilər, amma…
Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasını Zelenskinin imzasını saxtalaşdırmaqda ittiham edib …Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) prezident Vladimir Zelenskinin bir sıra ukraynalı oliqarxlara, o cümlədən Ali Radadakı “Avropa Həmrəyliyi” fraksiyasının rəhbəri, ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı sanksiyaların tətbiqi haqqında fərmanını saxtalaşdırıb. SİA-nın məlumatına görə, bu barədə sabiq dövlət başçısı Telegram kanalında yazıb. …Onlar məni qorxutmaq istəyirdilər. Amma özləri qorxdular. Və o qədər qorxdular ki, prezidentin fərmanlarını saxtalaşdırdılar. Təsəvvür edin: 12 fevral Zelenski bir şeyi imzaladı, 13-də onu yenidən yazdı, 14-də yenidən yazdı. Bunu siyasətçi…
Daha çox“Ermənistanda kimlərsə tam nəzarətdən kənarda təxribatlar törədə bilərlər”
“Tez-tez Ermənistanın bir-biri ilə ziddiyyət təşkil edən mövqeyini, amallarını müşahidə edirik. Məsələn, üç gün bundan öncə Paşinyan parlamentdə səsləndirdi ki, sülh imzalanmalıdır və genişmiqyaslı müharibənin başlanması üçün heç bir əsas yoxdur. Amma Paşinyan bunu deyərkən eyni zamanda onun səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, Ermənistanda kimlərsə tam nəzarətdən kənarda təxribatlar törədə bilərlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, yəni Paşinyan təxmini belə bir fikir işlətdi ki, onun nəzarətində olmayan qüvvələr təxribat törətməkdə maraqlı ola bilərlər: “Amma bütövlükdə biz hər zaman Paşinyanın öz mövqeyində tez-tez…
Daha çoxAzərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü…
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2024-2025-ci illər üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı”na əsasən hər iki ölkənin Hərbi Hava Qüvvələri (HHQ) arasında əməkdaşlıq sahəsi üzrə ekspert görüşü keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya HHQ-nin hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
Daha çoxAzərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar
Türkmənistan Dövlət Xammal Birjasının xarici bazarında iri beynəlxalq sövdələşmələr bağlanılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan sahibkarları pambıq lifi və boyalı vafli parçanın alınması üçün yerli istehsalçılarla müqavilələr bağlayıblar. Daxili birja bazarında yerli sahibkarlar da müəssisələrdən ipək alıblar. Həmçinin Əfqanıstandan olan sahibkarlar Türkmənistanın “Türkmenkimya” Dövlət Konserni və “Türkmennebit” ASC-dən “EKO-93” markalı benzin və mayeləşdirilmiş qaz alıblar. Bağlanmış hər beş sövdələşmənin ümumi məbləği 39 milyon 57 min 180 dollar təşkil edib.
Daha çox“Gürcüstanın son illər ərzində müstəqil siyasət yürütməsi təqdirəlayiqdir”
“Azərbaycan və Gürcüstan arasında dostluq strateji tərəfdaşlıq mövcuddur və ildən- ilə bu münasibətlər daha da inkişaf eləyir. Bizim ortaq maraqlarımız bölgənin inkişafı ilə bağlı konkret vizyonumuz və prinsiplərimiz mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, Gürcüstanın da, son illər ərzində müstəqil siyasət yürütməsi təqdirəlayiqdir: “Baxmayaraq ki, müxtəlif güc mərkəzləri Gürcüstanın siyasi elitasına təsir etmək üçün əlindən gələni etdilər. Xarici Agentlər haqqında qanun çətinliklə də olsa qəbul olunub. Bununla bağlı prezident seçkilərinin keçirilməsi böyük ziddiyyətlərlə olsa da, hakimiyyət siyasi iradə nümayiş etdirdi. Sonuncu seçkilərdə Gürcüstanda olan…
Daha çox“Makron Kiyevə kömək etmək əvəzinə Fransada asayişi bərpa etsin!”
…“Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan Fransa prezidenti Emmanuel Makronu Ukraynanın deyil, ölkəsinin problemləri ilə məşğul olmağa çağırıb. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti TF1-ə istinadən xəbər verir. Siyasətçinin sözlərinə görə, Paris artıq Ukraynaya yardıma azı 15 milyard avro xərcləyib, baxmayaraq ki, bu pul Fransanın təhlükəsizliyinin təmin edilməsinə sərf oluna bilərdi. O, həmçinin xatırladıb ki, hazırda Fransada həbsxana nəzarətçiləri həbsxanalarda yer çatışmazlığı səbəbindən tətilə başlayıblar. Düpon-Aignan Makrona bu problemə də diqqət yetirməyi tövsiyə edib. …Fransa Ukraynaya 15 milyard avro ayırıb. Bu 15 milyard Marseldə asayişi bərpa etmək üçün daha…
Daha çoxÇexiya ilk dəfə olaraq Rusiya neftindən tam müstəqil olub
Çexiya tarixində ilk dəfə olaraq Rusiya neft tədarükündən tamamilə müstəqil oldu. SİA-nın məlumatına görə, ČTK xəbər verir ki, bu barədə cümə axşamı Çexiyanın Baş naziri Petr Fiala bildirib. Bu, İtaliyanın Triest limanından neft daşıyan TAL neft kəmərinin modernləşdirilməsi başa çatdıqdan sonra baş verib. Neft kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsi layihəsi Çexiya hökumətinin təşəbbüsü ilə 2022-ci ilin payızında, Rusiyanın Ukraynaya təcavüzündən sonra həyata keçirilməyə başlanıb. Xərclər təxminən 70 milyon avro təşkil edib. İndi Çexiya Rusiyaya qoşulmayan boru kəmərlərindən ildə 8 milyon tona qədər xam neft vura bilər ki, bu da Çexiya neft…
Daha çoxHesablama Palatası Minatəmizləmə Agentliyində maliyyə-idarəetmə pozuntuları aşkar edib
Hesablama Palatası Minatəmizləmə Agentliyi üzrə 1 iyul 2022-ci ildən 1 sentyabr 2024-cü ilə qədərki dövrdə dövlət büdcəsi vəsaitlərinin və əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir. Sənədə əsasən, audit zamanı bir sıra maliyyə və idarəetmə pozuntuları müəyyən edilib. Belə ki, Agentlik 2022–2024-cü illərdə ümumilikdə 122 min 798 hektar ərazini təmizləyib. Bu müddətdə 88 098 ədəd partlayıcı vasitə aşkarlanıb, onlardan 68 092-si partlamamış hərbi sursat, 11 145-i piyada əleyhinə, 8 861-i isə tank əleyhinə…
Daha çox“İtirilən hər gün Ermənistan üçün böyük itkilərdir”
“Ermənistanın Azərbaycanla gələcək münasibətləri və sülh müqaviləsi ilə bağlı mövqeyi çox ziddiyyətlidir. Cənab Prezidentimiz ADA Universitetində forumda çıxışında bildirdi ki, həm müxalifətin, həm də iqtidarın mövqeyi təqribən eynidir. Onlar bir tərəfdən Qarabağ məsələsinin bitdiyini, Azərbaycanın güc olaraq öz hüquqlarını müdafiə etməyi bacardığını görürlər, digər tərəfdən isə bacardıqları qədər, indi olmasa da, sonrakı dövrlər üçün Azərbaycana qarşı iddialarını rəsmiləşdirmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, əlbəttə ki, eyni zamanda iki stolda oturmaq olmaz: “Amma Ermənistan bunu etməyə çalışır. Bir tərəfdən Ermənistan rəsmiləri sülh müqaviləsinin…
Daha çox