Azərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar


Türkmənistan Dövlət Xammal Birjasının xarici bazarında iri beynəlxalq sövdələşmələr bağlanılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan sahibkarları pambıq lifi və boyalı vafli parçanın alınması üçün yerli istehsalçılarla müqavilələr bağlayıblar. Daxili birja bazarında yerli sahibkarlar da müəssisələrdən ipək alıblar.

Həmçinin Əfqanıstandan olan sahibkarlar Türkmənistanın “Türkmenkimya” Dövlət Konserni və “Türkmennebit” ASC-dən “EKO-93” markalı benzin və mayeləşdirilmiş qaz alıblar.

Bağlanmış hər beş sövdələşmənin ümumi məbləği 39 milyon 57 min 180 dollar təşkil edib.

Əlaqəli Xəbərlər