Müəllimin başına çəkiclə vuran şagird meşəyə qaçıb

Moskva vilayətində 13 yaşlı məktəbli müəllimin başına çəkiclə vuraraq meşəyə qaçıb. SİA xəbər verir ki, Lyubertsıdakı insidentlə bağlı “Baza” Telegram kanalı məlumat yayıb. Hadisə rayonun Mirnı kəndində 51 saylı məktəbdə baş verib. Riyaziyyat müəllimi dərs deyir və lövhədə tapşırıq yazırmış. Bir anda 5-ci sinif şagirdi bel çantasından çəkic çıxarıb müəllimin yanına gedib və arxadan onun başına vurub. Nazlı Almuradova

Daha çox

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, Ali Məclisin mətbuat xidmətindən bildirilib ki, komitə sədri Emin Şıxəliyev gündəlikdə duran məsələni – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatını diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Qanunvericilik və proqramların icrasına nəzarət şöbəsinin müdiri Zakir Məmmədov və İqtisadiyyat şöbəsinin əməkdaşı Elnur Əliyev hesabat layihəsi haqqında məlumat veriblər. Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra İqtisadi siyasət komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” irad…

Daha çox

Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri davam edir. SİA-nın məlumatına görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səfər çərçivəsində spiker Sahibə Qafarova aprelin 17-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının (PA) Şura iclasında iştirak edib. İclasda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib. Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Daha çox

Litva eynicinsli cütlüklərin tərəfdaşlıq hüququnu tanıyır…

Litva Konstitusiya Məhkəməsi eynicinsli cütlüklərin tərəfdaşlıq hüququnu tanıyıb. SİA xəbər verir ki, bu barədə “Delfi Lithuania” məlumat yayıb. …Bu, belə cütlüklər üçün təkcə onların tanınması deyil, hüquqi müdafiəsi olardı. Hüquqi müdafiə təkcə mülkiyyət məsələləri ilə deyil, həm də cütlüklərin həyatının şəxsi aspektləri, dövlət asayişi, vergi qanunvericiliyi, səhiyyə və s. məsələlərlə bağlıdır. Bunu Litva Konstitusiya Məhkəməsinin hakimi Daiva Petrilaite deyib. 2024-cü ilin yazında İnqrida Şimonitenin rəhbərlik etdiyi hökumət tərəfdaşlıqla bağlı məsələlərə aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu təqdim edib. Hökumətin fikrincə, Mülki Məcəllə (MM) bütün ailələrin, o cümlədən eynicinsli ailələrin hüquqlarını…

Daha çox

Sahibə Qafarova Tənzilə Narbayeva ilə görüşüb

Sahibə Qafarova: Azərbaycan və Özbəkistan parlamentləri səviyyəsində qarşılıqlı səfərlər mütəmadi xarakter daşıyır Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb. SİA-nın məlumatına görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan prezidentlərinin qəti iradəsi sayəsində ikitərəfli münasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Söhbət…

Daha çox

İki NATO ölkəsi Qara dənizi Rusiyanın üzünə bağlamaq istəyir

…Britaniya və Fransa Rusiyanın Qara və Baltik dənizlərində ticarət yollarını bağlaya bilər. London, Paris və Kiyevdən olan hərbi nümayəndələr aprelin 15-16-da İstanbulda regionda gəmiçilik təhlükəsizliyini müzakirə etmək üçün iki günlük toplantıda iştirak ediblər. SİA xəbər verir ki, URA.RU ekspertlərinin fikrincə, iki NATO ölkəsi və Ukrayna bundan Moskvaya təzyiq rıçaqı kimi istifadə etmək və onun ixracına zərbə vurmaq üçün Rusiya ticarət donanmasına həm birbaşa, həm də hibrid üsullarla hücum etməyi planlaşdırır. Bazar günü CNN Türk telekanalı Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verib ki, Rusiya və Ukrayna nümayəndələri arasında Qara dənizdə gəmiçiliyin…

Daha çox

Azərbaycan-Sloveniya biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Sloveniya biznes-forumu keçirilib. SİA xəbər verir ki, biznes-forumda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, maliyyə nazirinin müavini Anar Kərimov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı, Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa işləri naziri Tanya Fayon, Biznesin İnkişafı Agentliyinin katibi Tanya Drobinç, İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitja Blaganje ilə yanaşı Sloveniyadan gələn, yerli iş adamları və biznes qurumlarının rəhbərləri iştirak ediblər. Forumda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qarşılıqlı əlaqələrin inkişafı perspektivlərindən danışıb. Qeyd olunub ki, hər…

Daha çox

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 22-də keçiriləcək. SİA xəbər verir ki, toplantının gündəliyinə 12 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı. 2. “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi 3. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 4. “Sosial xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü…

Daha çox

Taliban Rusiyada terrorçu statusunun ləğvindən danışır

…Rusiya Ali Məhkəməsinin “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanın ləğvi barədə qərarı rasional addımdır. SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, hərəkatın Qətərdəki siyasi bürosunun rəhbəri Süheyl Şahin “Taliban”ın terrorçular siyahısından çıxarılmasını belə şərh edib. …Biz Rusiya Ali Məhkəməsinin bu rasional qərarını alqışlayırıq, – hərəkatın nümayəndəsi qeyd edib. Şahinin sözlərinə görə, terrorçu statusun Talibandan çıxarılması “əməkdaşlığın genişləndirilməsi və Rusiya ilə Əfqanıstan arasında əlaqələrin gücləndirilməsi üçün vacib idi”. Bundan əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan etmişdi ki, hərəkatın terror təşkilatları siyahısından çıxarılması qərarı Moskva ilə Kabil arasında…

Daha çox

Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 122, 160A, 193, 195 və 503 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır. SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. Sənədlər 16 may 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov…

Daha çox