Müəllimin başına çəkiclə vuran şagird meşəyə qaçıb


Moskva vilayətində 13 yaşlı məktəbli müəllimin başına çəkiclə vuraraq meşəyə qaçıb.

SİA xəbər verir ki, Lyubertsıdakı insidentlə bağlı “Baza” Telegram kanalı məlumat yayıb.

Hadisə rayonun Mirnı kəndində 51 saylı məktəbdə baş verib.

Riyaziyyat müəllimi dərs deyir və lövhədə tapşırıq yazırmış. Bir anda 5-ci sinif şagirdi bel çantasından çəkic çıxarıb müəllimin yanına gedib və arxadan onun başına vurub.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər