“Müasir dönəmdə biz görürük ki, bəzi qüvvələr zorla və qeyri-ənənəvi üsullarla çalışırlar qlobalizasiyanı həyata keçirsinlər. Bu cərəyanı öz adlarına yazırlar ki, guya bunlar hamıdan uzaq görəndilər və qloballaşmanında açarı bunların əlindədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, bu qloballaşma isə çox səhv yanaşmadır. Onsuzda qloballaşma onların istəyi olsa və ya olmasa belə bütün dünyada gedir. Ən uzaqda belə bir-birindən məmləkətlərin yaxşı və münbit əlaqələri olur və onlar çox harmonik şəkildə iqtisadi, ticari münasibətlərini gücləndirirlər. Yəni bunun özü qloballaşmanın bir göstəricisidir: “Digər bir tərəfdən isə dəhlizlərin…
Daha çoxDay: April 15, 2025
Kallasın sözləri Ermənistanda mübahisəyə səbəb olub
…mayın 9-da Moskvada keçirilən paradla bağlı Ermənistan Milli Assambleyasının (parlament) spikeri Alen Simonyan mayın 9-da keçirilən Qələbə paradı ilə bağlı Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla razılaşmayıb. SİA-nın məlumatına görə, Kallasın mayın 9-da Moskvada keçirilən paradla bağlı sözləri Ermənistanda mübahisəyə səbəb olub. Simonyanın sözlərinə görə, Ermənistan üçün bu tarixi bayramın dərk edilməsi məsələsidir. …Baş nazirin iştirakı heç bir şəkildə Avropa İttifaqı və ya digər məsələlərlə bağlı ola bilməz, – deyə erməni rəsmi bildirib. Simonyan qeyd edib ki, Ermənistan üçün bu həm də qələbə bayramıdır, çünki 300 min erməni…
Daha çoxMəişət zorakılığından zərər çəkmiş 230 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib
Bu ilin birinci rübündə məişət zorakılığından zərər çəkmiş 230 nəfər sosial reabilitasiya xidmətlərinə cəlb edib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb. Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.
Daha çox“Çatışmazlıqlar kifayət qədərdir”
“Aparılan auditlər göstərir ki, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir”. SİA xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belə idi: “Kifayət qədər tövsiyyələr qəbul olunur, amma niyə bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür?! Artıq satınalmalarla bağlı qanun qəbul olunub. Bu qanunun qəbul olunması…
Daha çox“Azərbaycanla Çin əməkdaşlığı daim yüksələn xətt üzrə inkişaf edir”
“Azərbaycanla Çin arasında daim dostluq və yaxın əməkdaşlıq münasibətləri olub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti Çinlə həm siyasi, həm də iqtisadi baxımdan daim dərin əlaqələr qurub: “Xüsusilə də, Azərbaycan Prezidentinin Çinə səfəri və bir çox beynəlxalq platformalarda tədbirlər zamanı Çin lideri ilə görüşlər, aparılan qarşılıqlı müzakirələr, məsləhətləşmələr və qurulan təmaslar, ölkələrimiz arasında imzalanan bir çox iqtisadi xarakterli sənədlər, birgə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, Çinlə Azərbaycanın gələcəkdə də yüksək səviyyəli, perspektivli əməkdaşlığı mövcud olacaqdır. Xüsusilə də, nəqliyyat-kommunikasiya, yükdaşıma sahəsində…
Daha çox“Milli standartlaşdırma proqramı”nın formalaşdırılması işlərinə başlanılıb
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb. SİA xəbər verir ki, bu məqsədlə, standartlaşdırma subyektləri və digər maraqlı tərəflər növbəti 3 il ərzində qəbul olunması nəzərdə tutulan dövlət standartları barədə təkliflərini https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram linki üzərindən müvafiq nümunə formasını doldurmaqla 15 gün ərzində təqdim edə bilərlər. Qeyd edək ki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi və Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən, dövlət…
Daha çoxNeft qiymətləri maliyyə sektoruna birbaşa təsir etmir
Dünya bazarındakı neft qiymətlərinin maliyyə sektoruna birbaşa təsir etdiyini demək olmaz. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib. “Ümumilikdə maliyyə sektorunda xarici risklərə gəldikdə bizdə dollarlaşma 16 % səviyyəsindədir. Bunun da böyük hissəsini dollarla gəliri olanların və yaxud xarici valyutada kifayət qədər ehtiyatı olan şirkətlərin payına düşür”, – deyə o qeyd edib.
Daha çoxBələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib
Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.
Daha çoxSinqapurda parlament buraxılıb
Sinqapurda parlament buraxılıb
Daha çoxBakıda yağıntılı hava davam edir, dağlıq ərazilərdə qar yağır
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 16:00-a olan məlumatında bildirilib. Məlumata əsasən, düşən yağıntının miqdarı Beyləqanda 26 mm (aylıq normanın 85%-i), Füzulidə 24 mm (aylıq normanın 44%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Qubada 20 mm (aylıq normanın 42%-i), Göyçayda 19 mm (aylıq normanın 39%-i), Kürdəmirdə 17 mm (aylıq normanın 49%-i), Oğuzda 16 mm, Ağstafada 15 mm (aylıq normanın 40%-i), Tovuzda 14 mm (aylıq normanın 37%-i), Sabirabadda 14 mm (aylıq normanın 44%-i), Şabranda 13 mm (aylıq normanın…
Daha çox