“Aparılan auditlər göstərir ki, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir”. SİA xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belə idi: “Kifayət qədər tövsiyyələr qəbul olunur, amma niyə bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür?!
Artıq satınalmalarla bağlı qanun qəbul olunub. Bu qanunun qəbul olunması ilə əlaqədar nə qədər faktlar sadalanıb. Bu, açıq şəkildə göstərir ki, qanun qəbul olunub, amma onun reallaşması mexanizmi yetərli səviyyədə olmadığı üçün həmin çatışmazlıqlar kifayət qədərdir”.