Maliyyə sektorunun risk üzrə ölçülmüş aktivləri artıb


Azərbaycanda yüksək kreditləşmə dinamikası fonunda maliyyə sektorunda risk üzrə ölçülmüş aktivlər artıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı”nda bildirilib.

Sənədə əsasən, cəmi aktivlərin 7,8 % (3,8 milyard manat) artması fonunda risk üzrə ölçülmüş aktivlərin həcmi 10,3 % (3,3 milyard manat) artıb. Nəticədə risk üzrə ölçülmüş aktivlərin cəmi aktivlərə nisbəti göstəricisi il ərzində 2 faiz bəndi artaraq 67 %-ə çatıb. Risk üzrə ölçülmüş aktivlərin artımı bank sektorunun kreditləşmə fəaliyyəti üzrə aktivliyi şəraitində formalaşıb. Risk üzrə ölçülmüş aktivlərin 93,3 %-i kredit riskləri üzrə, 5,9 %-i əməliyyat riskləri üzrə, 0,8 %-i isə bazar riskləri üzrə formalaşır.

Əlaqəli Xəbərlər