…Alimlərin hesabatlarına görə, Yer kürəsinin insan fəaliyyəti nəticəsində karbon emissiyalarını udmaq qabiliyyəti yaxın iki onillikdə iki dəfə azalacaq. Bu, planetin cəmi üç onillikdə kritik temperatur nöqtəsinə çatmasına səbəb olacaq.
SİA-nın məlumatına görə, Şimali Arizona Universiteti, Vudvel İqlim Araşdırma Mərkəzi və Yeni Zelandiyanın Vaykato Universitetinin tədqiqatçıları Yerin əsas biomlarında son iyirmi ildə toplanmış məlumatları təhlil ediblər.
Nəticədə onlar kritik temperatur həddini müəyyən ediblər, onun aşılması fəlakətli nəticələr təhlükəsi yaradır.
Alimlər əmindirlər ki, qlobal istiləşmənin təsirlərinə ən həssas olanlar Amazon və Cənub-Şərqi Asiyanın tropik meşələri, həmçinin Rusiya və Kanadanın tayqa meşələri kimi geniş biomlar olacaq.
Bu bölgələrdə bitkilər və ağaclar Yer atmosferində karbonun konsentrasiyasını effektiv şəkildə tənzimləmək qabiliyyətini itirəcək.
Bu tədqiqat əsaslıdır, çünki əvvəlki oxşar təcrübələr həqiqi ekoloji sistemlərdə deyil, yalnız laboratoriya şəraitində aparılmışdır.
Nazlı Almuradova