Azərbaycan SES-lərində elektrik enerjisinin istehsalı kəskin artıb


Bu ilin 1-ci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt-saat, ixracı 385 mln. kVt-saat, idxalı isə 35,7 mln. kVt-saat olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt-saat, ixracı 385 mln. kVt-saat, idxalı isə 35,7 mln. kVt-saat olub”, – paylaşımda qeyd olunur.

Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 243,9 mln. kVt-saat artımla 853,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Əlaqəli Xəbərlər