Mayın 8-də Bundestaqda keçiriləcək İkinci Dünya Müharibəsinin başa çatması və nasist rejimi üzərində qələbənin xatirəsinə həsr olunmuş tədbirə Rusiya və Belarus səfirləri dəvət edilməyib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti-yə Bundestaq administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Onlar bildirmişlər ki, anım tədbirinə diplomatik korpusun nümayəndələri dəvət olunmuşdur.
…Həmişə olduğu kimi, nümayəndələrin dəvəti ilə bağlı federal hökumətin qiymətləndirməsi nəzərə alınıb. Bu qiymətləndirmə ona gətirib çıxarıb ki, xüsusilə Rusiya Federasiyası və Belarus səfirləri dəvət olunmayıb, – Bundestaq administrasiyasının mətbuat xidməti qeyd edib. Bunun daha geniş beynəlxalq iştirakdan imtina etmək üçün düşünülmüş qərar olduğu vurğulanır.
Əli Babayev