Azərbaycan qızıl istehsalını 75 %-dən çox artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda 749,4 kq qızıl, 1 135,9 kq gümüş istehsal edilib. Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qızıl istehsalı 2024-cü ilin ilk rübü ilə müqayisədə 75,3 %, gümüş istehsalı isə 35,3 % artıb.

Ötən 3 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 531,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 9,8 dəfə çoxdur.

Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton təşkil edib.

Əlaqəli Xəbərlər