Mülkiyyətdə olan evin ekskavatorla sökülməsi qanunsuz addım idi

Mülkiyyətdə olan evin ekskavatorla sökülməsi qanunsuz addım idi. Amma bu zaman məlum oldu ki, sahibkarların da hüquqlarının müdafiəsi vacibdir. SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib. O qeyd edib ki, sahibkarlar 16 min mənzil sökürlər, 70 insanla razılaşırlar, 1-2-si ilə razılaşa bilmədikdə problem yaranır: “Nəticədə tikinti başlamır. O zaman tikiləcək mənzillər də rentabelli olmur. Evin sahibi onu baha satmaq istəyir, amma qiymət reallığa uyğun olmalıdır. Beləliklə, optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara,…

Daha çox

Milli Məclis elektrik közərmə lampaları ilə bağlı qadağanı təsdiqləyib

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında ““Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları…

Daha çox

Milli Məclis Xanlar Vəliyevlə bağlı qərar verdi

Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb. Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunur. Sənəd səsverməyə qoyularaq, bir oxunuşda qəbul edilib. Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.

Daha çox

Energetika Nazirliyi I rübdə 40 icazə verib

Bu ilin birinci rübündə Energetika Nazirliyi tərəfindən 40 icazə verilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 24, ixracı üzrə 5 və tranziti üzrə 9 icazə verilib. Rüb ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 2 icazə verilib. Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Daha çox

38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir

Hazırda məhkəmə sistemində 164 qadın hakim çalışır. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında deyib. Onun sözlərinə görə, hakim korpusunun say tərkibi ilk dəfə olaraq ən yüksək həddə – 628 nəfərə çatdırılıb: “Yaxın vaxtlarda daha 38 hakimliyə namizədin birinci instansiya məhkəmələrinə təyinatı gözlənilir. Hazırda hakimliyə namizədlər müsahibə mərhələlərində topladıqları ballara uyğun özlərinə vakant vəzifələri seçirlər. Son il yarım ərzində 93 hakimliyə namizəd bu qaydada seçim edib. 2023-2024-cü illərdə 281 hakim barəsində təyinatlar aparılıb”.

Daha çox

“Narkotiklə bağlı maarifləndirmə tədbirləri davamlı olmalıdır”

“Narkomaniya ilə mübarizə yalnız tək-tək keçirilən aksiyalarla məhdudlaşmamalı, davamlı və sistemli maarifləndirmə ilə müşayiət olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin rəhbəri Büllur Məmmədova deyib . O bildirib ki, bu problemə qarşı cəmiyyətin hər sahəsində – təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, sosial mediada və yerli icmalarda ardıcıl şəkildə maarifləndirmə aparılmalıdır: “Narkomaniya ilə mübarizə yalnız hüquqi çərçivədə deyil, həm də sosial və psixoloji səviyyədə aparılmalıdır. Xüsusilə, regionlarda həyata keçirilən layihələr gənclərə birbaşa təsir imkanına malikdir və bu səbəbdən belə təşəbbüslər daha geniş coğrafiyanı əhatə etməlidir”. “08–15 mart tarixlərində Vyanada BMT-nin…

Daha çox

AZAL və Moldova nümayəndə heyəti arasında görüş keçirilib

“Azərbaycan Hava Yolları” (AZAL) QSC və Moldova Respublikası nümayəndə heyəti arasında görüş baş tutub. SİA xəbər verir ki?görüşdə AZAL QSC-nin prezidenti Samir Rzayev, Moldova Respublikasının Baş nazirinin müavini, İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldova Respublikasının nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişin daşımalarının artırılması və aviasiya sahəsində gələcək…

Daha çox

Qlobal çağırışlar və Azərbaycanın yeni Dünya nizamındakı yeri

Cari ilin 9 aprel tarixində ADA Universitetində çağdaş qlobal siyasətin mürəkkəbliyini və dəyişən beynəlxalq münasibətlər sistemini müzakirə etmək məqsədilə “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum keçirildi. Forumun ən yadda qalan məqamı Prezident İlham Əliyevin çıxışı oldu. Dövlət başçısı çıxışında Azərbaycanın qlobal proseslərə yanaşmasını, beynəlxalq hüququn selektiv tətbiqinə qarşı tənqidi münasibətini və regional sabitlik naminə atılan addımları dərin təhlil edərək, yeni dünya nizamında Azərbaycanın mövqeyini aydın şəkildə ifadə etdi. Forumda iştirak edən beynəlxalq ekspertlərin sayının artması Azərbaycanın qlobal siyasi gündəmdəki çəkisini əyani şəkildə göstərdi. Azərbaycanın yeddi ildir ki, bu cür…

Daha çox

AZAL Bakı–Kişineu–Bakı reyslərini gündəlik edəcək

“Azərbaycan Hava Yolları” QSC Bakı–Kişineu–Bakı reyslərini gündəlik etməyi planlaşdırır. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, qurumla Moldova nümayəndə heyəti arasında görüş baş tutub. Görüşdə AZAL-ın prezidenti Samir Rzayev, Moldovanın Baş nazirinin müavini, İnfrastruktur və Regional İnkişaf naziri, Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının həmsədri Vladimir Bolea, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko, Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, eləcə də AZAL-ın və Moldovanın digər nümayəndələri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Moldova arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Hava əlaqələrinin inkişafı, müntəzəm sərnişin daşımalarının artırılması və aviasiya sahəsində…

Daha çox