Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi kompleksi tikiləcək


Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi kompleksinin tikintisinə hazırlıq gedir. SİA-nın məlumatına görə, muxtar respublikanın Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi bununla bağlı tender elan edib.

Kompleks şəhərin Kazım Talıblı küçəsində inşa ediləcək. Tikinti işlərinə 13 milyon manata yaxın vəsait xərclənəcək.

Əlaqəli Xəbərlər