Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Mertsin mayın 6-da Almaniyanın yeni Kansleri vəzifəsinə seçiləcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə bir neçə yerli media qurumu partiyadaxili mənbələrə istinadla məlumat yayıb. Bundestaqda keçiriləcək Kansler seçkisi ilə əlaqədar hazırlıq işlərinə artıq başlanılıb. Lakin seçkilərdən əvvəl Sosial Demokratlar Partiyası (SPD) və CDU koalisiya müqaviləsini rəsmi şəkildə təsdiqləməlidir. CDU bu məsələni partiyanın qurultayında müzakirə edəcək. Qurultayın aprelin 28-də keçirilməsi planlaşdırılır. SPD isə qərarı aprelin 30-da partiya üzvləri arasında səsverməyə çıxaracaq. Qeyd edək ki, Birlik blokunda yer alan Xristian Sosialistlər İttifaqının (CSU) sədri Markus…
Daha çoxDay: April 11, 2025
“Konstitusiya və Suverenlik ili” çərçivəsində agacəkmə aksiyası
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024 -cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili”elan edilib. Prezident Administrasiysının bununla baglı tərtib etdiyi iş planına uygun olaraq silsilə tədbirlər həyata keçirilir. 11 aprel 2025-ci ildə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılıgı və 1saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin texniki dəstəyilə Lənkəran rayon Ə.H.Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Tədbiri məktəbin direktotu Oktay Tahirov açaraq “Konstitusiya və Suverenlik ili” çərçivəsində…
Daha çox“Antalya Forumu əvvəlki forumlardan müəyyən qədər fərqlənəcək”
“Antalya Diplomat Forumu” beynəlxalq münasibətlər və regional proseslər baxımından getdikcə maraqlı bir platformaya çevrilməkdədir. Hər il onun iştirakçılarının və müzakirə etdiyi məsələlərin dairəsi genişlənir. Bu forumlar Azərbaycanın və Türkiyənin də xüsusi maraqlarında olan platformadır. Azərbaycan və Türkiyə bir regionun ən mühüm oyunçuları olaraq bütün regional və qlobal beynəlxalq məsələlərə öz mövqelərini nümayiş etdirə bilirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, öz siyasətlərini müdafiə və təşviq edə bilirlər: “Belə şəraitdə “Antalya Forumu” dünyanın yeni indiki düzən formalaşma prosesində Azərbaycanın və Türkiyənin konsepsiyalarının nümayiş olunması üçün…
Daha çoxArktika buzları yox ola bilər…
…Əsas səbəb Arktika buzlarının davam edən əriməsidir ki, bu da yaxın üç ildə planetdə qlobal dəyişikliklərə səbəb olacaq. SİA-nın məlumatına görə, alimlər 2027-ci ilə qədər planetin gələcək qlobal transformasiyası, o cümlədən Arktika bölgəsinin yoxa çıxması barədə xəbərdarlıq edirlər. Əvvəllər bəşəriyyət qlobal istiləşmə və buzlaqların əriməsi nəticəsində yaranan təbii fəlakət təhlükəsinin tam ciddiliyini dərk etmirdi. Lakin bu gün mövcud tendensiyaları nəzərə alsaq, genişmiqyaslı fəlakətə çox az vaxt qalıb. İsveçli tədqiqatçılar 2027-ci ilə qədər Arktikanın ayrı bir bölgə kimi mövcudluğunu tamamilə itirə biləcəyini proqnozlaşdırırlar. Buzların tamamilə əriməsi yeni, “qaranlıq dövrün” başlanğıcını qeyd…
Daha çox“Dünya birliyində Azərbaycan adlanan fenomen yarandı”
“”Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum artıq 7-ci dəfədir ki, Azərbaycanda keçirilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı AYdın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu forumda indiyə qədər 200-dən çox tanınmış ekspert və 100-ə qədər ölkənin nümayəndəsi iştirak edib: “Forum istənilən qlobal məsələnin müzakirəsi üçün açıq paneldir və ötən gün cənab Prezident İlham Əliyevə verilən suallardan göründüyü kimi, dünyanın problemlərini ilk növbədə müzakirə ilə həll etmək olar. Azərbaycan bu məsələ ilə bağlı dünyaya öz nümunəsini göstərib, çoxsaylı dostlar qazanıb. Azərbaycan beynəlxalq hüquq normalarını özünün həyat tərzinə uyğunlaşdırmış, vətəndaşlarının sosial…
Daha çoxŞimali Kipr Prezidenti sentyabrda Azərbaycana səfər edəcək
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu il sentyabrın ilk həftəsində Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. E.Tatar Prezident İlham Əliyevin aprelin 11-də Antalyada keçirdikləri ikitərəfli görüş zamanı onu Azərbaycana səfərə dəvət etdiyini bildirib.
Daha çoxRusiyanın keçmiş naziri xarici agent kimi tanınıb
…Rusiya Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyinin birinci rəhbəri Andrey Kozırevi xarici agent kimi tanıyıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin saytında məlumat verilir. Politoloq Georgi Bovt keçmiş nazirə bu statusun təyin edilməsini “onu uzun müddət xatırladılar və… nəhayət, xatırladılar” ifadəsi ilə şərh edib. Bundan əvvəl Dövlət Dumasının Rusiyanın üzv olmadığı beynəlxalq təşkilatların qərarlarının dövlət təhlükəsizliyinə qarşı yönəldiyi təqdirdə həyata keçirilməsinə kömək edən şəxslərin xarici agent kimi tanınması təşəbbüslərini dəstəklədiyi bildirilib. Əli Babayev
Daha çoxAzərbaycan hər zaman Şimali Kiprin yanında olub
Azərbaycan hər zaman Şimali Kipr Türk Respublikasının yanında olub. SİA xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib. O bildirib ki, Prezident İlham Əliyev həm Türkiyə, həm də Şimali Kipr hökuməti ilə son dərəcə yaxşı münasibətləri müdafiə edən və bu istiqamətdə addımlar atan bir liderdir: “Bu səbəblə mən media vasitəsilə Azərbaycan Prezidentinə və xalqına təşəkkürlərimi bildirmək istəyirəm”.
Daha çox“Ramştayn” formatında yeni koalisiya elan edilib
Brüsseldə keçirilən Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) növbəti iclasında radioelektron mübarizəsi koalisiyasının yaradılması elan edilib. Artıq 11 ölkə, o cümlədən Ukrayna da bu koalisiyaya qoşulub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rustem Umerov açıqlama verib. Onun sözlərinə görə, yeni koalisiyası avadanlıqların alınması, mütəxəssislərin hazırlanması və elektron müharibə sahəsində siyasət və doktrinaların hazırlanması işini həyata keçirəcək. “Elektron müharibə müasir hərbi münaqişələrin kritik tərkib hissəsidir. Effektiv elektron müdafiə olmadan heç bir bölmə tam döyüşə hazır ola bilməz. Koalisiyanın işə salınması bizə səyləri əlaqələndirməyə və…
Daha çox“Ermənistanın bu təxribatlarının hər hansı nəticəsi olmayacaq”
“Ermənistanın tez-tez atəşkəsi pozması, mövqelərimizi atəşə tutması, şərti sərhəd istiqamətində istahkamlar qurması kimi təxribat xarakterli fəaliyyətin arxasında iki səbəb dayanır. Bunlardan birincisi, Ermənistanın diqqətləri yenidən özünə doğru yönəltmək cəhdi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, Bayden hakimiyyəti dövründə ABŞ-la imzalanmış müttəfiqlik sənədindən irəli gələn dəstəklə bağlı Tramp administrasiyasının müvafiq addımlar atmaması, Avropadakı havadarların isə ABŞ-la münasibətlər fonunda ciddi problemlərinin olmaması səbəbilə Ermənistana əvvəlki qədər diqqət yetirməmələri Ermənistanı bu cür təxribatçı fəaliyyətə sövq edir: “Ermənistan hakimiyyəti düşünür ki, bu şəkildə təxribatlar törətmək və Azərbaycanın…
Daha çox