Azərbaycan hər zaman Şimali Kiprin yanında olub


Azərbaycan hər zaman Şimali Kipr Türk Respublikasının yanında olub. SİA xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib.

O bildirib ki, Prezident İlham Əliyev həm Türkiyə, həm də Şimali Kipr hökuməti ilə son dərəcə yaxşı münasibətləri müdafiə edən və bu istiqamətdə addımlar atan bir liderdir:

“Bu səbəblə mən media vasitəsilə Azərbaycan Prezidentinə və xalqına təşəkkürlərimi bildirmək istəyirəm”.

Əlaqəli Xəbərlər