“Azərbaycan Hava Yolları” (AZAL) QSC aprelin 1-dən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb. SİA AZAL-a istinadən xəbər verir ki, bunu Səhmdar Cəmiyyətin prezidenti Samir Rzayev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko arasında keçirilən görüşdə bilidirib. Onun sözlərinə görə, mayın 13-dən isə uçuşlar hər gün həyata keçirəcək. Görüşdə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər uçuşların intensivləşdirilməsinin Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Səfir Di Canfrançesko 2026-cı…
Daha çoxDay: April 10, 2025
QAİ-nin müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
Qərbi Azərbaycan İcmasının (QAİ) müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. SİA xəbər verir ki, bu barədə icmanın yaydığı məlumatda qeyd edilib. Məlumatda bildirilib ki, 1 mart 2025-ci il tarixdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib. “8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi. Konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilmişdi. Sözügedən…
Daha çoxƏməkdaşlıq haqqında memorandum imzalanıb
Aprelin 9-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında pulsuz hüquqi yardım sahəsində əməkdaşlıq memorandumu imzalanıb. SİA xəbər verir, Akademiyanın rektoru Şahin Əliyev və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun imzaladığı memorandumda məlumat, təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər nəzərdə tutulub. Akademiyanın rektoru Şahin Əliyev bildirib ki, 2013-cü ildən etibarən Ədliyyə Akademiyasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilir və bu sahədə Vəkillər Kollegiyası ilə əməkdaşlıq edilir. Bu memorandumun Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığı daha da genişləndirəcəyi bildirilib. Daha sonra Vəkillər Kollegiyasının sədri…
Daha çoxRamin Məmmədov Dini Komitənin könüllüləri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dövlət Komitəsinin könüllüləri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin çağırışı əsasında başladılan könüllülük hərəkatının dövlətin həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən birini təşkil etdiyini bildirib. O, Dini Komitə könüllülərinin bu prosesin fəal üzvləri olduğunu nəzərə çatdırıb. Ramin Məmmədov gənclərin könüllü olaraq müxtəlif sosial layihələrdə fəal iştirak etməsinin vacibliyini də vurğulayıb: “Gənclər sosial işlərdə fəal iştirakla yanaşı, müxtəlif təşəbbüsləri ilə cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayırlar. Könüllülərin təşəbbüskarlığı ölkənin inkişafı üçün əvəzsizdir və gənclərin müxtəlif sahələrdəki…
Daha çoxIMF-in Azərbaycanın nominal ÜDM-i üzrə proqnozları hökumətin gözləntilərini üstələyir
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 3,5 % real artımla 134,078 milyard manat (78,87 milyard ABŞ dolları) təşkil edəcək. SİA IMF-ə istinadən xəbər verir ki, 2026-cı ildə ölkədə ÜDM-in nominal həcmi 2,5 % real artımla 139,182 milyard manat (81,872 milyard ABŞ dolları), 2027-ci ildə 2,4 % real artımla 145,847 milyard manat (85,792 milyard ABŞ dolları), 2028-ci ildə 2,4 % real artımla 153,556 milyard manat (90,327 milyard ABŞ dolları), 2029-cu ildə isə 2,5 % real artımla 162,135 milyard manat (95,373 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır.…
Daha çoxAzərbaycan Moldova ilə neft-qaz və neft məhsulları ticarətini müzakirə edib
Azərbaycan və Moldova arasında neft, qaz və neft məhsullarının ticarəti, bərpaolunan enerji, dekarbonizasiya sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. SİA bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. Məlumata görə, müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea ilə görüşündə baş tutub. Görüşdə SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlıq münasibətlərinin önəmi qeyd olunub, əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, region…
Daha çoxPolisin qatilinin cəsədi meydanda nümayiş etdirilir…
…Çeçenistan hakimiyyəti Açxoy-Martanda yol polisi postuna hücum edən 17 yaşlı yerli sakin Əskərxan Xumaşevin meyitini ictimaiyyətə nümayiş etdirmək qərarına gəlib. Aksiya Açxoy-Martan bələdiyyəsinin inzibati binasının qarşısındakı meydanda, ehtimal ki, dövlət məmurlarına qarşı qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq məqsədi ilə təşkil edilib. Yayılan kadrlarda Xumaşevin qohumlarının da olduğu ehtimal edilən insan izdihamı görünür. SİA-nın ötən gün yazdığına görə, aprelin 8-də naməlum şəxs bıçaqla yol polisi postuna hücum edib. İki polis əməkdaşı yaralanıb, həkimlər onlardan birini xilas edə bilməyib. Hücum edən şəxs öldürülüb. Onun 17 yaşlı yeniyetmə olduğu üzə çıxıb. Çeçenistan Respublikasının…
Daha çoxAzercell-in dəstəyi ilə informatika fənni üzrə “Bahar Düşərgəsi” təşkil olundu
Beynəlxalq olimpiadalara hazırlaşan məktəblilər intensiv təlimlərə qatıldılar İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə 23-28 mart 2025-ci il tarixlərində Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyində “Bahar Düşərgəsi” təşkil olunub.Azercell-in dəstəyi ilə keçirilən layihənin əsas məqsədi məktəblilərin olimpiadalara hazırlıq səviyyəsini artırmaq, komanda ruhunu gücləndirmək və iştirakçılar arasında bilik mübadiləsini təşviq etməkdir. İntensiv proqram çərçivəsində iştirakçılar hər gün beynəlxalq olimpiadaların formatına uyğun yarışlara qoşulublar. Sessiyalar zamanı təqdim olunan məsələlərin həlli izah edilib, yeni mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda,məktəblilər üçün sınaq imtahanları, intellektual oyunlar…
Daha çoxAzərbaycanda I rübdə orta illik inflyasiya 5 %-dən çox olub
Bu ilin I rübündə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,8 % təşkil edib. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu ilin mart ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 %, qeyri-qida məhsulları üzrə 102,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 % olub. Ötən…
Daha çoxİstanbulda Rusiya və ABŞ danışıqları başlayıb…
SİA xəbər verir ki,TASS-ın aprelin 10-da verdiyi məlumata görə, İstanbulda diplomatik səviyyədə Rusiya-Amerika danışıqları başlayıb. Danışıqlar Rusiyanın İstanbuldakı Baş Konsulluğunda aparılır. Rusiya agentliyi mənbəyə istinadən xəbər verir ki, Rusiya və ABŞ arasında məsləhətləşmələr birinci raund kimi qapalı formatda keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın daha əvvəl verdiyi məlumata görə, danışıqların ikinci raundu “diplomatik missiyaların işinin normallaşdırılmasına” həsr olunub. Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək. Rusiya və ABŞ arasında…
Daha çox