İstanbulda Rusiya və ABŞ danışıqları başlayıb…


SİA xəbər verir ki,TASS-ın aprelin 10-da verdiyi məlumata görə, İstanbulda diplomatik səviyyədə Rusiya-Amerika danışıqları başlayıb.

Danışıqlar Rusiyanın İstanbuldakı Baş Konsulluğunda aparılır.

Rusiya agentliyi mənbəyə istinadən xəbər verir ki, Rusiya və ABŞ arasında məsləhətləşmələr birinci raund kimi qapalı formatda keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın daha əvvəl verdiyi məlumata görə, danışıqların ikinci raundu “diplomatik missiyaların işinin normallaşdırılmasına” həsr olunub.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək. Rusiya və ABŞ arasında “diplomatik missiyaların işinin normallaşdırılması” üzrə danışıqların birinci raundu fevralın 27-də baş tutub.

O vaxt danışıqlar təxminən altı saat davam edib.

Əli Babayev

Əlaqəli Xəbərlər