Almaniyanın miqrasiya siyasətində dəyişikliklərdən sonra Almaniya vətəndaşlığını hazırda olduğu kimi üç il deyil, yalnız beş il ölkədə yaşayandan sonra əldə etmək mümkün olacaq.
SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) rəhbəri Fridrix Merz deyib.
…Vətəndaşlıq əldə etmək ən azı beş il çəkəcək.
Qeyd edək ki, mart ayında Merz, CDU-nun Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə birlikdə miqrasiya siyasətini sərtləşdirməyə razılaşdığını söyləyib.
Siyasi partiya rəhbərinin sözlərinə görə, tərəfdaşlar qeyri-qanuni miqrasiya ilə mübarizə üçün hüquqi sənədlərin sayını genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar.
CDU/CSU həmçinin Əfqanıstan da daxil olmaqla qaçqınların könüllü qəbulu proqramlarını məhdudlaşdırmaq və polisin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. Eyni zamanda bəzi miqrantlara ailələrini Almaniyaya gətirmək qadağan ediləcək.
Əli Babayev