ABŞ və Rusiya nümayəndə heyətləri yenidən İstanbulda görüşəcək


ABŞ və Rusiya nümayəndə heyətləri aprelin 10-da İstanbulda Rusiyanın Baş Konsulluğunda ikinci dəfə bir araya gələcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, rus heyətinə Vaşinqtona yeni səfir təyin olunması gözlənilən Aleksandr Darçiyev, ABŞ heyətinə isə Dövlət Departamentindən Sonata Koulter rəhbərlik edəcək.

Tərəflər ilk dəfə 18 fevralda Ər-Riyadda, daha sonra isə 27 fevralda İstanbulda görüşmüşdü. Görüşlərdə ikitərəfli münasibətlərin normallaşdırılması və Ukrayna müharibəsi müzakirə olunur. Türkiyə bu prosesə ev sahibliyini davam etdirir.

Müəllif: Günel Fərzəliyeva

Əlaqəli Xəbərlər