Gürcüstan parlamentinin deputatları İliya İncia, Varlam Liparteliani və Nika Elisaşvili parlament çoxluğunu tərk ediblər. SİA xəbər verir ki, bu barədə parlamentdə keçirilən brifinqdə deputat İlia İncia məlumat verib. Deputat bildirib ki, onlar Gürcüstan parlamentində “Avropa sosialistləri” əsasında müxalifət parlament siyasi qrupu yaradırlar. Varlam Liparteliani və Nika Elisaşvili də parlamentdə İliya İncia ilə birlikdə müxalifət partiyası kimi fəaliyyətlərini davam etdirəcəklər. İlia İncianın sözlərinə görə, kollegiallıq prinsipinə tam riayət olunub və qərarla bağlı əksəriyyət məlumatlandırılıb: “Üç müxalifət birliyinin təmsilçilərinin mandatlarına xitam verildi. Hesab edirəm ki, bu vəziyyət Gürcüstanda yeni siyasi mədəniyyətin formalaşması…
Daha çoxDay: April 6, 2025
Sabaha olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi…
Daha çoxAzərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili arasında görüş olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub. Numan Kurtulmuş Şalva Papuaşvilini yenidən parlamentin sədri seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, xalqın iradəsi ucadır, hər kəs seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır və bu da gələcək inkişafın əsasına çevrilməlidir. Bildirilib ki, Gürcüstan və Türkiyəni çoxillik səmərəli əməkdaşlıq və xalqlar arasında dostluq birləşdirir. Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri…
Daha çoxBirqütblü və ya ikiqütblü dünya olmayacaq
Bəşəriyyət bir çox güc mərkəzlərinin üstünlüyü ilə yeni dünya nizamına addım-addım yaxınlaşır. Birqütblü və ya ikiqütblü dünya olmayacaq. SİA xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Özbəkistana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib. Onun fikrincə, Çin qlobal güc mərkəzlərindən birinə çevriləcək. Hindistan, Braziliya, Meksika və çəkisi artan Türkiyə də bu rola iddialıdır. Numan Kurtulmuş deyib ki, mövcud beynəlxalq münasibətlər sistemi eskalasiya dövrlərinin qarşısını almaq iqtidarında deyil: “Dünya birliyi dünya nizamının tələblərinin sadəcə bir kağız parçası olduğu bir vəziyyətə doğru yuvarlanır. Hər hansı…
Daha çoxGüclü yanğın 17 evi külə döndərdi
Rusiyanın İrkutsk vilayətində baş verən yanğın 17 yaşayış binasını məhv edib. SİA xəbər verir ki, yanğın bölgəyə gələn soyuq siklon fonunda baş verib. Binaların dam örtüyünə, elektrik xətlərinə də ziyan dəyib, çoxlu ağaclar aşıb. Soyuq cəbhə Baykal gölünə doğru irəliləyib. “Tayşet, Çunski, Tulunski, Nijneudinski və Bratski rayonlarında əsən külək 40 dam örtüyünə, 7 hasara ziyan vurub, 18 ağacı, 12 elektrik xəttinin dayaqlarını yıxıb, iki avtobus dayanacağını yararsız hala salıb”, – deyə rayon rəhbəri bildirib.
Daha çoxSahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənddə Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasiminə qatılıb. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. “Daşkənd şəhərində Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib”, – məlumatda qeyd olunub. Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər. Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub.…
Daha çoxBəzi bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur
Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Xidmətdən SİA-ya verilən xəbərə görə, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb. Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir. Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və…
Daha çoxAzərbaycan – etibarlı tərəfdaş nümunəsi
Musa Qasımlı, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarındakı nitqində cənab Prezidentimiz İlham Əliyevin aşağıdakı fikri təkcə dövlət rəhbərləri deyil, bütövlükdə siyasətlə məşğul olan hər bir şəxsin alacağı dərsdir: “Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq da olmalıdır, çünki tərəfdaşlıqda bütün tərəflər etibarlı olmalıdır”. Gerçəkdən də hər hansı bir işin uğurla alınmasının təməlində hadisə və proseslərin soyuqqanlı, hərtərəfli və dərin təhlili nəticəsində proqnozlaşdırılması və tərəfdaşların etibarlı olması dayanır. Azərbaycan proqnozlaşdırılan, dürüst və etibarlı tərəfdaşdır. Bunu Avropa…
Daha çoxGürcüstanda zəlzələ olub
Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi bildirib. Mərkəzə görə, təbiət hadisəsinin episentri paytaxt Tbilisidən 12 km cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 24 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Daha çoxTürkiyədə atışma olub, azı 5 nəfər ölüb
Türkiyənin şimal-qərbində silahlı insidentdə azı beş nəfər ölüb, bir o qədər də yaralanıb. SİA “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. “Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb. Silahlı dava zamanı beş nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Daha çox