ABŞ-ın beş ştatında ən azı 15 nəfər ölkə daxilində fırtınalar, daşqınlar və tornadolar səbəbindən həyatını itirib. SİA-nın məlumatına görə, bu barədə Washington Post (WP) qəzeti yazır. Nəşrin məlumatına görə, ən çox ölüm halı qərbdəki Tennessi ştatında qeydə alınıb. Qəzet yazır ki, dağıntıların əksəriyyəti Arkanzasdan Kentukkiyə qədər olan ərazilərdə cəmləşib. Ölkənin Milli Meteoroloji Xidməti həyati təhlükəsi olan daşqınlar barədə xəbərdarlıq etməyə davam edir. Bundan əvvəl Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayının 3085 nəfərə çatdığı bildirilirdi. Təbii fəlakət nəticəsində daha 4715 nəfər xəsarət alıb. Bundan başqa, 341 nəfər itkin düşmüş şəxslər…
Daha çoxDay: April 6, 2025
Şəhid əsgər Samrad Eynəliyevin xatirəsi yad edilib
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər Eynəliyev Samrad İkram oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin, ictimaiyyət nümayəndələrinin və şəhidin ailə üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan…
Daha çoxFransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindən yaranmış problemdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb. SİA xəbər verir ki, Roma Papası Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-də keçirilən Xəstə və Səhiyyə İşçilərinin Yubiley tədbirində Müqəddəs Pyotr Meydanına toplaşan dünyanın 90 ölkəsindən 20 mindən çox dindarı salamlayıb. Əlil arabasından izdihamı qarşısına çıxan Papa Fransisk deyib: “Xəstəlik həyatda ən çətin və ən ağır sınaqlardan biridir. Hətta bu anlarda Allah bizi tək qoymur və əgər biz özümüzü ona təslim etsək, gücümüzün tükəndiyi yerdə onun hüzurunun təsəllisini yaşaya bilərik”. Roma…
Daha çoxDİQQƏT: Bu ərazidə su olmayacaq
DİQQƏT: Bu ərazidə su olmayacaq
Daha çoxBakı mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti İrəvanı məsuliyyətə cəlb etməyə çağırıb
Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib. “Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN bildirib. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb: “Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə…
Daha çoxSahibə Qafarova PAİ-nin Assambleyasında Azərbaycanın sosial siyasətdəki nailiyyətləri haqqında məlumat verib
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında Azərbaycanın sosial siyasət sahəsində əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub.” Sahibə…
Daha çoxÜmit Uysal CHP Başqanlığına namizədlikdən çəkildi
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində başqanlıq uğrunda mübarizə davam edərkən, namizədlərdən biri olan Antalya Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı Ümit Uysal gözlənilməz bir qərarla namizədliyini geri çəkdiyini elan edib. SİA xəbər verir ki, Uysal açıqlamasında partiyasını zəiflətməmək məqsədilə səbəbləri ictimaiyyətlə bölüşmədiyini bildirib: “Partiyamı yıpratmamaq üçün burada detalları açıqlamayacağım səbəblərlə namizədliyimi davam etdirməmə qərarı verdim.” Bununla yanaşı, Uysal CHP sıralarındakı siyasi fəaliyyətini davam etdirəcəyini və partiyasının uğuru üçün çalışacağını vurğulayıb: “CHP üçün mübarizəm ən güclü şəkildə davam edəcək. Birləşə-birləşə qalib gələcəyik”. Qeyd edək ki, Uysal CHP daxilində…
Daha çoxTürkiyə parlamenti ölkə tarixində ilk “İqlim qanunu”nu müzakirə edəcək
Türkiyə Böyük Millət Məclisi (TBMM) gələn həftə ölkə tarixində ilk “İqlim qanunu”nun müzakirəsinə başlayacaq. SİA xəbər verir ki, normativ akt layihəsi ətraf mühitin mühafizəsinə səmərəli töhfə vermək və iqlim böhranının nəticələrinin qarşısını almaq məqsədi ilə hakim Ədalət və İnkişaf Partiyasının səyləri ilə hazırlanıb. Sənəddə bildirilir ki, Türkiyənin enerji siyasətinin prioritet istiqamətləri bərpaolunan enerji mənbələrindən fəal istifadə edilməsi və “yaşıl texnologiyalar”ın tətbiq edilməsidir. Qanun layihəsinin məqsədlərindən biri 2053-cü ilə qədər Türkiyədə istixana qazı emissiyalarının sıfıra endirilməsidir. Layihənin müəllifləri Türkiyənin 81 əyalətinin hər birində əyalət valisinin sədrliyi ilə iqlim dəyişikliyi üzrə koordinasiya…
Daha çoxPolşa qırıcıları havaya qalxdı
Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb. SİA xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Rusiya qoşunları Qərbi Ukrayna ərazisindəki obyektlərə zərbələr endirir. Bununla əlaqədar olaraq Varşava NATO üzrə müttəfiqləri ilə birlikdə qırıcı təyyarələri havalandırıb. Bundan başqa, yerüstü hava hücumundan müdafiə (HHM) və radiolokasiya kəşfiyyatı sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Polşa SQ Komandanlığı qeyd edib ki, görülən tədbirlər “təhlükəli ərazilərə bitişik olan yerlərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib”. Hazırda iqtidarı vəziyyəti izləməyə davam edir. Məlumatda vəziyyət nəzarət altında olduğu vurğulanıb.
Daha çoxBakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb. SİA xəbər verir ki, bu barədə Mərkəzdən yayılan məlumatda bildirilir. Belə ki, aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur. Mərkəzdən verilən məlumata görə,…
Daha çox