Fransızsayağı demokratiya – RAKURS
Daha çoxDay: April 1, 2025
“Toyların formatları dini və milli dəyərlərimizi təhrif edir”
“Evlilik, bir sosial hadisə olaraq cəmiyyətin sağlam təməllər üzərində qurulması üçün önəmli bir elementdir. Cəmiyyətin düzgün inkişafı üçün ailələr sağlam və möhkəm təməllərə dayanan şəkildə qurulmalı və zamanla inkişaf etməlidir. Lakin son illərdə keçirilən toyların formatları bu prinsiplərə uyğun gəlmir və millətimizin adət-ənənələrini, o cümlədən dini və milli dəyərlərimizi təhrif edir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, şəxsən, keçmişdə keçirilən toyların da formatının tərəfdarı deyiləm: “Keçmişdə edilən toylarımızda da kifayət qədər neqativ məqamlar mövcud idi. Amma günümüzdəki toylarla müqayisə edilməz…
Daha çoxAzərbaycanın sığorta bazarı 17 %-dən çox böyüyüb
Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 281,206 milyon manat sığorta haqqı toplanılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 108,595 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,45 % çoxdur. Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.
Daha çoxHərbçilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə: – yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə; – hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına…
Daha çoxBağlanma stilləri
“Bağlanma uşağın ilk dünyaya gəldiyi andan etibarən uşaqla ona baxan şəxs arasında formalaşır. Bu şəxs, adətən, ana olsa da bəzən ata, nənə, ya da uşağın dayəsi də ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirir. Uşağa baxan şəxs onun tələbatlarını nə qədər yaxşı ödəyərsə, bağlanma da bir o qədər sağlam olar. Tələbatlar dedikdə, ilk növbədə, yemək, təmizlik nəzərdə tutulur, amma duyğusal ehtiyacların ödənməsi də çox önəmlidir. Bağlanma nə qədər sağlam olarsa, şəxsi həyatdakı seçimlər də bir o qədər uğurlu olar: “İnsanın…
Daha çoxAbşeron dairəvi marşrutu üzrə ilk dəfə FLIRT qatarı istifadəyə verilib
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəlinin optimallaşdırılması çərçivəsində bu xətt üzrə ilk dəfə olaraq İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarını istifadəyə verib. SİA səhmdar cəmiyyətinə istinadən xəbər veriri, FLIRT qatarı şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə xəttə buraxılıb. Birmərtəbəli, 5 vaqonlu müasir qatarın sərnişin tutumu 550 nəfərədək (268 oturacaq olmaqla) təşkil edir. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir. FLIRT qatarının istifadəyə verilməsi ilə əlaqədar olaraq, Biləcəri stansiyasında 550…
Daha çoxPrezident gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün vəsait ayırıb
Gənc istedadlara xüsusi təqaüdlər veriləcək. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 98 min 794 manat məbləğində vəsait ayrılıb.
Daha çoxİvanovka kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq
İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Daha çoxBayram günlərində milli parklara 6 mindən çox turist səfər edib
Bayram günlərində milli parklara 6 min 482 turist səfər edib. Bu barədə SİA-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib. O bildirib ki, ekoloji turizm bütün dünyada ən populyar istirahət seçimidir: “Artıq deyə bilərik ki, ekoturizm Azərbaycanda da sürətlə inkişaf edir. Yerli əhali indi, əvvəlki illərdən daha çox təbiət qoynunda dincəlməyə önəm verir. Azərbaycanda böyük ekoturizm potensialına malik milli parklar şəbəkəsi var və əhalinin milli parklara səyahəti ildən-ilə artır”. Xidmət rəisi vurğulayıb ki, vətəndaşların milli parklara ziyarətinin inkişaf dinamikası əsasən tətil günlərində özünü biruzə verir: “Belə ki, bayram…
Daha çoxLaçın səmasında göz oxşayan göy qurşağı
Laçın təbiəti bütün fəsillərdə əsrarəngiz gözəlliyi ilə diqqət çəkir. Yaz günlərində Laçın səmasını bəzəyən göy qurşağı möhtəşəm mənzərəyə səbəb olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, ötən gün qeydə alınan təbiət hadisəsi Laçın şəhərinin bir çox ərazilərindən aşkar şəkildə seyr edilib. Öncə yağıntılı hava müşahidə edilib daha sonra isə bir-birinə paralel şəkildə səmada əks olunan iki göy qurşağı həm də nəhəngliyi ilə diqqət çəkib.
Daha çox