Venesiyada turist vergisinin dərəcəsi biletin nə vaxt alındığından asılı olacaq. Erkən rezervasiya üçün məbləğ 5 avro olacaq. Bilet səfərə üç gündən az qalmış alınıbsa, məbləğ ikiqat artır.
Beləliklə, SİA-nın da məlumatına görə, Venesiya turist vergisini yenidən tətbiq edəcək.
Və onun ölçüsü biletin nə vaxt alındığından asılı olacaq. Venesiyaya bilet əvvəlcədən alınıbsa, vergi 5 avro olacaq. Əgər səfərdən üç gün əvvəl, onda 10 avro…
…Yeni vergi ödəmə proseduru aprelin 18-dən iyulun 27-dək olan 54 tarixə – əsasən həftə sonlarına şamil edilir.
Qeyd edək ki, Venesiyada bir gecə qalan turistlər vergidən azaddırlar.
Tələb həmçinin Veneto bölgəsinin sakinlərinə və 14 yaşdan kiçik uşaqlara şamil edilmir.
Bu arada, bir müddət əvvəl Venesiya hakimiyyəti turist vergisinin turist axınını məhdudlaşdırmağa kömək edəcəyini izah edib. Amma bu təşəbbüs şəhərə gələnlərin sayına təsir etməyib. Bununla belə, şəhər büdcəsi 2,4 milyon avro artırılıb.
Nazlı Almuradova