Fransanın sağçı Milli Ralli partiyasının lideri Marin Le Penə qarşı seçkilərdə iştirakını qadağan edən hökm ABŞ-ın vitse-prezidenti J.D.Vansın Avropada demokratiya böhranı ilə bağlı dediklərini təsdiqləyib.
SİA-nın məlumatına görə, bunu ABŞ prezidenti kiçik Donald Trampın oğlu X sosial şəbəkədə bildirib.
…Fransa Le Peni həbsxanaya göndərir və seçkilərdə iştirakını qadağan edir! Onlar Vansın hər şeydə haqlı olduğunu sübut etməyə çalışırlar?
Bunu kiçik Donald Tramp yazıb.
Daha əvvəl Paris məhkəməsi Le Pen və sağçı Milli Ralli partiyasının səkkiz deputatını parlament köməkçilərinin işində təqsirli bilib.
O, dörd il müddətinə azadlıqdan məhrum edilib və beş il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib.
…Fevralın 14-də J.D.Vans Münhen Təhlükəsizlik Konfransında çıxış edərək bildirib ki, Avropa üçün real təhlükə Rusiya, Çin və ya başqa heç kim deyil, öz əsas dəyərlərindən geri çəkilməkdir.
Əli Babayev