…Bu tarixlərdə ölkədə müntəzəm olaraq genişmiqyaslı etiraz aksiyaları keçirilir. Ən gərgin vəziyyət Afinanın mərkəzi meydanında inkişaf edir.
SİA-nın məlumatına görə, Britaniyanın Xarici İşlər Nazirliyi 1 may, 17 noyabr və 6 dekabr tarixlərində Yunanıstana səfərdən çəkinməyi tövsiyə edir.
Bu tarixlərdə ölkədə mütəmadi olaraq genişmiqyaslı etiraz aksiyaları keçirilir ki, bu da hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmalara və ictimai nəqliyyatın hərəkətinə mane olur.
Ən gərgin vəziyyət Afinanın mərkəzi meydanı olan Sintaqmada inkişaf edir. Etirazçıları dağıtmaq üçün polis tez-tez gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir.
2025-ci ilin martında Afinada etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında şiddətli toqquşmalar baş verib. Buna səbəb parlamentdə qatar qəzasından sonra kabinetin fəaliyyəti ilə bağlı müzakirələr olub.
Daha sonra polis əl qumbaralarından istifadə edib.
Nazlı Almuradova