Rusiyanın “Utair” aviaşirkəti bu ölkənin Xantı-Mansi Muxtar Dairəsinin Surqut şəhərindən Azərbaycanın paytaxtı Bakıya birbaşa reyslərin sayını artıracaq. SİA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, uçuşlar yay aylarında daha çox olacaq. Əgər hazırda uçuşlar yalnız çərşənbə günləri həyata keçirilirsə, yay aylarında cümə və bazar günləri əlavə reysləri cədvələ daxil ediləcək. İlk belə reys iyun ayının əvvəlində baş tutacaq. Məlumata əsasən, iyunun 6-da Surqutdan uçuş 06:40-da, Bakıya gəliş 10:05-da baş tutacaq. Bazar günləri isə reys axşam saatlarında olacaq: Surqutdan uçuş 17:15-də, Bakıya gəliş – 20:40-da.…
Daha çoxDay: March 27, 2025
Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib
Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 2019-cu ilin əvvəlindən bu ilin martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib. Xatırladaq ki, nazirlik 2019-cu ilin əvvəlindən pensiya,…
Daha çoxTürkiyə şirkəti Orta Dəhlizin inkişafına investisiya yatırmağa hazırdır
Türkiyə şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə bağlı infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdır. SİA-nın məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayevin Türkiyənin “Çalık Holding” şirkətinin İdarə Heyətinin sədri Ahmet Çalıkla görüşündə bildirilib. Görüşdə tərəflər Qazaxıstanın nəqliyyat və logistika sahəsində investisiya əməkdaşlığının perspektivlərini və imkanlarını müzakirə ediblər. “Türkiyə tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun infrastrukturunun inkişafı məqsədilə bir sıra perspektivli layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib”, – məlumatda qeyd olunub. Danışıqların yekunları üzrə tərəflər tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə maraq ifadə ediblər.
Daha çoxAzərbaycan nefti 2 %-ə yaxın bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 ABŞ dolları, yaxud 1,72 % artaraq 76,29 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,88 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,03 ABŞ dolları və ya 1,4 % artaraq 74,42 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çoxErmənistan XİN başçısı Qazaxıstanda səfərdədir
Ermənistan XİN başçısı Qazaxıstanda səfərdədir
Daha çoxİlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. SİA xəbər verir ki, dövlət başçısı və birinci xanım burada görülən işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunan fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.
Daha çoxMinvodı hava limanında təyyarənin şassisi eniş zamanı alışıb
Rusiyaya məxsus “An-124 Ruslan” yük təyyarəsinin şassisi Minvodı hava limanında eniş zamanı alışıb. SİA xəbər verir ki, bu barədə TASS-a hava limanındakı mənbə bildirib. “Təyyarənin şassisi eniş zamanı alışıb. Yanğın söndürülüb, xəsarət alan yoxdur”, – o qeyd edib.
Daha çoxUludağda hotel yanıb, ölən var
Uludağda hotel yanıb, ölən var
Daha çoxTrampın evsizlərlə yeni mübarizə üsulu
ABŞ prezidenti Donald Tramp evsizliklə mübarizənin qeyri-adi üsulunu nəzərdən keçirir. SİA “CBS”yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri ehtiyacı olanları sosial evlə təmin etmək əvəzinə, onlara məcburi müalicə tətbiq etmək istəyir “Prezident Tramp evsizləri küçələrdən toplamaq, küçələrdə yaşayanları zorla böyük düşərgələrə köçürmək və onların psixi sağlamlığının bərpası üçün dərman müalicəsinə icazə verən yeni yanaşma təklif edir”, – deyə bildirilir. Xatırladaq ki, martın əvvəlində Tramp Vaşinqton merinə şəhərdəki evsizlər düşərgələrinin yığışdırılması barədə əmr vermişdi.
Daha çoxTürkiyə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət dəhlizlərinin inkişafına səy göstərir
“Türkiyə strateji tərəfdaşları ilə birlikdə Avropa, Asiya və Yaxın Şərq arasında ticarət əlaqələrinə və inkişafına töhfə verəcək nəqliyyat-loqistika dəhlizlərini işə salmağı planlaşdırır. İraqın Bəsrə şəhəri üzərindən keçən dəhliz və Xəzər dənizi ilə Zəngəzur marşrutları da buna aiddir”. SİA xəbər verir ki, bu barədə Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyənin 2030-cu ilədək Sənaye və Texnologiya Strategiyasının təqdimatında məlumat verib. Onun sözlərinə görə, Türkiyə türk dövlətləri, Yaxın Şərq və Afrika ölkələri ilə toplanmış sənaye təcrübəsini bölüşməyə hazırdır. Bu da həmin ölkələrin iqtisadi və elmi-tədqiqat potensialının güclənməsinə töhfə verəcək. Ərdoğan vurğulayıb ki,…
Daha çox