…Çinin “Tencent” portalı yazır ki, Vladimir Zelenski Ukraynanın atom elektrik stansiyalarının partladılmasını istisna etmir.
Nəşr müəllifinin fikrincə, Ukrayna ümidsiz vəziyyətdə qalıb və Kiyevin son kozırı “yandırılmış yer taktikası” ola bilər.
Portalın müşahidəçisi Zelenskinin “son ukraynalıya qədər mübarizə aparacağını” bildirən sözlərini xatırladıb.
SİA-nın məlumatına görə, məqalə müəllifi əlavə edib ki, o, “diz üstə yaşamaqdansa, ayaq üstə ölmək” cəhdi ilə atom elektrik stansiyasının partladılmasına icazə verir.
Jurnalist vurğulayıb ki, bütün Avropa və Birləşmiş Ştatlar nüvə müharibəsi baş verəcəyi təqdirdə “geosiyasi avantüranın yüksək qiymətini ödəyəcək”.
Bundan əvvəl amerikalı teleaparıcı Taker Karlson 2024-cü ildə Rusiyaya nüvə müharibəsinin qarşısını almaq üçün gəldiyini bildirmişdi.
Əli Babayev