Türkiyə yerli nüvə reaktorunu inkişaf etdirməyi və nüvə texnologiyaları parkı yaratmağı planlaşdırır.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun fikrincə, bu planların həyata keçirilməsi ölkənin nüvə enerjisi bazarında mövqelərinin möhkəmləndirilməsində mühüm addım olacaq.
…Türkiyə enerji sektorunda nüvə texnologiyaları parkı yaratmağı və özünün modul nüvə reaktorunu inkişaf etdirməyi planlaşdırır”.
Ərdoğan bunu Ankarada prezident kompleksində 2030-cu ilə qədər Sənaye və Texnologiyanın İnkişafı Strategiyasının təqdimat mərasimində çıxışı zamanı deyib.
O, 2024-cü ilin payızında Türkiyənin Energetika Nazirliyi Akkuyu AES-in birinci reaktorunun hazırlığının 90 faizi keçdiyini bildirib.
…Ankara 2025-ci ildə ondan elektrik enerjisi almağa başlayacağını gözləyir.
Əli Babayev