Avropa Amerika alimlərini Trampdan xilas edir..?





Amerika universitetləri siyasətin qurbanına çevrilməkdədirlər…



…ABŞ prezidenti Donald Trampın administrasiyası alimləri maliyyədən məhrum edir, onları işdən çıxarır, respublikaçıların ideoloji baxışlarına uyğunlaşdırmağa məcbur edir. ABŞ səlahiyyətliləri iqlim dəyişikliyi və peyvəndlərlə bağlı araşdırmalarla maraqlanmır.

SİA-nın məlumatına görə, Britaniyanın “The Guardian” nəşri yazır ki, buna cavab olaraq Avropa universitetləri amerikalı həmkarlarını xilas etmək üçün kampaniyaya başlayıblar.

…Brüssel Azad Universiteti tədqiqatları təhlükə altında olan alimlər üçün yeni tədqiqat mövqeləri açıb.

Universitetin rektoru Jan Danckaertın dediyinə görə, Amerika universitetləri siyasətin qurbanına çevriliblər.

…Fransız Pasteur İnstitutu da amerikalıları qəbul edir. İnstitutun direktoru Yasmin Belkaid etiraf edir ki, “…mən hər gün ABŞ-da işlərini davam etdirməkdən qorxan tədqiqatçılardan məktublar alıram”.

Fransa artıq amerikalı alimləri cəlb etmək üçün milli plan hazırlayır.

…Biz artıq ABŞ-da gələcək görməyənləri qəbul etməyə hazırıq.

Bunu Fransanın təhsil naziri Filip Baptiste açıq şəkildə bildirib.

Deyim ki, Hollandiya heç də geri qalmır. Ölkə hökuməti “yeni geosiyasi reallığı” nəzərə alaraq xarici tədqiqatçıları cəlb etmək üçün fond yaradır.

…Biz elmi istedadlar uğrunda mübarizənin önündə olmalıyıq, deyə təhsil naziri Eppo Bruins bildirib.

Bu arada Fransadakı Aix-Marsel Universiteti (amU) onlarla amerikalı alimi maliyyələşdirərək Elm üçün Təhlükəsiz Yer proqramına start verib.

NASA və Stanford tədqiqatçıları da daxil olmaqla, artıq yüzlərlə ərizə təqdim edilib.

…Biz bunu etmək istəmədik, lakin ABŞ-da baş verənlər fəlakətdir.

Universitetin prezidenti Erik Burton deyib bunu.

Əli Babayev

Əlaqəli Xəbərlər