Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, vəzifələr müvəqqətidir, əsas olan insanların qəlbini qazanmaqdır: “Biz cəmiyyətlə münasibətləri gücləndirməyə çalışdıqca bəzi qüvvələr buna xələl gətirməyə çalışırlar. Müxtəlif maskalar altında ölkəni istismar edənlərin iç üzlərini açmağımız bəzilərini daim narahat edib. Türkiyəyə və xalqına düşmənçilik bəsləyən çevrələr isə həmin qüvvələri öz məqsədləri üçün tam istifadə ediblər”.
Daha çoxDay: March 26, 2025
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni təyinat olub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni təyinat olub. SİA xəbər verir ki, Emin Rafullayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub. Emin Rafullayev bu təyinatadək SOCAR RUS-da Administrativ şöbənin müdiri vəzifəsində çalışıb. Bundan öncə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DTSERA-da Təminat, təchizat və təsərrüfat departamentinin şöbə müdiri, eləcə də Mərdəkan Reabilitasiya Pansionatında direktor müavini olub, həmçinin müxtəlif dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb. Emin Rafullayev bu təyinatla bu vəzifəni icra edən Ramin İsrəfilovu əvəz edib. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxBaş prokurorun səlahiyyət müddəti bitir
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti bitir. SİA xəbər verir ki, o, 2020-ci il may ayının 1-də vəzifəyə təyin olunub. “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinə əsasən, Baş prokurorun səlahiyyət müddəti 5 ildir. K.Əliyevin vəzifədə olma müddəti 2025-ci il may ayının 1-də sona çatır. Azərbaycan Konstitusiyasının 133-cü maddəsinə əsasən, Baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Qanunvericiliyin tələbinə uyğun olaraq parlament may ayının 1-dək Baş prokurorun təyinatı ilə bağlı məsələyə baxmalıdır. “Prokurorluq haqqında” qanun bir şəxsin neçə dəfə Baş prokuror təyin olunmasına hər…
Daha çoxAzərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 9 dəfəyə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin dəyəri 215 milyon ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə çoxdur. Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 64 dəfə artaraq 73,8 milyon ABŞ dollarına, bu ölkədən idxalının dəyəri isə 3,6 dəfə artaraq 141,2 milyon ABŞ dollarına çatıb. Hesabat dövründə Böyük Britaniyanın Azərbaycanın ümumi ixracında payı 1,55 %, ümumi idxalında payı isə 3,4 % olub.
Daha çoxİstanbulda bələdiyyə seçkiləri keçirilir
Bu gün İstanbulda Böyükşəhər və Beylikdüzü bələdiyyələrinin sədr müavinləri vəzifələrinə seçkilər keçirilir. SİA xəbər verir ki, Beylikdüzü rayonu üzrə səhər saatlarında başlanan səsvermə artıq yekunlaşıb. Seçkilərin nəticələrinə görə İstanbulun Beylikdüzü Bələdiyyəsinin sədr müavini vəzifəsinə Önder Serkan Çebi təyin edilib. Saat 1-dən etibarən İstanbul Böyükşəhər Bələdiyyəsi üzrə başlayacaq seçkidə bələdiyyə məclisinin 314 üzvü səs verəcək. Qeyd edək ki, bu bələdiyyələrin məclis üzvləri arasında Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri çoxluq təşkil edir. Xatırladaq ki, martın 23-də məhkəmə prosesi nəticəsində həbsinə qərar verilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Əkrəm İmamoğlu, şəhərin…
Daha çoxXankəndiyə turist axını var – FOTOLAR
Xankəndiyə turist axını var – FOTOLAR
Daha çoxYuxu pozuntularının insan psixikası ilə əlaqəsi
“Yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur. Orqanlarımızın normal çalışması, sinir sistemimizin normada olması və həmçinin də psixoloji cəhətdən sağlam olmaq üçün vacib amillərdən biri də yuxu rejimimizin qaydasında olmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. Psixoloqun fikrincə, günümüzdə ən aktual problemlərdən biri də yuxu pozuntusudur. Son dövrlərdə yuxu pozuntusundan əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır. Hesab edilir ki, normal yuxu vaxtı 7-9 saat arası olmalıdır:…
Daha çoxAzərbaycanda mebel istehsalı idxalını 18%-dən çox üstələyib
2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 21 milyon 117 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib. SİA xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.6% və ya 1 milyon 851 min ABŞ dolları çoxdur. 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. Hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.51% təşkil edib. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2025-ci ilin ilk 2 ayında ölkədə 42.5 milyon manat dəyərində mebel istehsal edilib. Bu…
Daha çoxEmin Əmrullayev Parisdə UNESCO Baş direktorunun müavini ilə görüşüb
UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 25-də UNESCO Baş direktorunun Təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Görüşdə təbiət elmləri sahəsində birgə layihələrin həyata keçirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əldə edilmiş razılığa əsasən şagirdlərin iqlim savadlılığı üzrə göstəricilərinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) daxil edildiyini…
Daha çoxAzərbaycanda sabah 20 dərəcə isti olacaq
SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın…
Daha çox