Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,61 % artaraq 75,23 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 73,93 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,18 ABŞ dolları və ya 1,63 % artaraq 73,79 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin…
Daha çoxDay: March 25, 2025
Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib
Xəbər verdiyimiz kimi, Vyetnamın Baş prokuroru Nquyen Tiyenin dəvəti ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Hanoyda işgüzar səfərdədir. SİA xəbər verir ki, səfər çərçivəsində Vyetnamın Ali Xalq Məhkəməsinin sədri Li Min Çi ilə ikitərəfli görüş keçirilib. Li Min iki il əvvəl Vyetnamın Baş prokuroru olarkən Kamran Əliyevlə Sankt-Peterburqdakı görüşünü xatırladıb və iki ölkənin prokurorluqları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun hüquq mühafizə orqanları arasında əməkdaşlıq üçün təkan rolunu oynayacağına əminliyini ifadə edib. Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl hüquqi islahatlar barədə…
Daha çoxFransada dəmiryolçular tətilə hazırlaşırlar
Fransada dəmiryolçular tətilə hazırlaşırlar
Daha çoxYeni Zelandiyada güclü zəlzələ baş verib
Yeni Zelandiyada yerli vaxtla saat 14.43-də (Bakı vaxtı 05.43) 6,8 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geologiya İnstitutu məlumat yayıb. Zəlzələnin episentri adanın cənubundakı birinci yaşayış məntəqəsindən 160 km kənarda yerləşir. İnstitut okeanda sunami təhlükəsinin olmadığını bildirib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Daha çoxRusiya məhkəməsi təyyarə qəzası ilə bağlı sənədlərin müsadirə olunmasına icazə verib
Moskva məhkəməsi 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq, aparılan istintaqla bağlı sənədlərin müsadirə olunmasına icazə verib. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən 2025-ci ilin yanvarında müstəntiqin prokuror tərəfindən dəstəklənən vəsatətinə baxılaraq qəbul edilib. Məhkəmə sənədləri göstərir ki, qəza ilə bağlı cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır. Qərar qüvvəyə minib və Rusiyanın cənubunda iki ünvanda sənədlərin müsadirə olunmasını nəzərdə tutur. Qeyd edək ki, Bakıdan Qroznıya uçan…
Daha çoxAzərbaycan XİN Yunanıstanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “Yunanıstanı və onun xalqını Milli Günü münasibətilə təbrik edirik! Milli bayramınız mübarək, Yunanıstan”, – paylaşımda qeyd edilib.
Daha çoxQalaktikamızın mərkəzində 200 işıq ili uzunluğunda qaz buludu tapıldı
Astronomlar Süd Yolunun qəlbində nəhəng molekulyar bulud tapıblar. SİA xəbər verir ki, ABŞ-da “Green Bank Teleskopu”ndan istifadə edən beynəlxalq astronomlar qrupu qalaktikamızın mərkəzində 200 işıq ili uzunluğunda qaz buludu aşkarlayıblar. M4.7-0.8 olaraq təyin edilmiş bu nəhəng kosmik obyekt ölçüləri ilə diqqəti cəlb edir: onun qalınlığı 65 işıq ilidir. Buludun kütləsi 160 min günəş kütləsinə bərabərdir. Orada temperatur olduqca aşağıdır – təxminən 20 Kelvin (-253 ° C), bu ulduzlararası məkanın ən soyuq bölgələri üçün xarakterikdir. Buludun mürəkkəb quruluşu alimlərin xüsusi marağına səbəb olub. Tədqiqatçılar ulduz əmələ gəlməsi ehtimalı olan iki kompakt…
Daha çoxAviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər
“British Airways” və “Virgin Atlantic” kimi 90-dan çox aviaşirkəti təmsil edən qurum martın 21-də Londonun Hitrou hava limanının bir günlük bağlanması nəticəsində yaranan zərərlə bağlı razılıq əldə olunmasa, aeroportu məhkəməyə verə biləcəklərini bildirib. SİA xəbər verir ki, Hitrou Hava Yolları Operatorları Komitəsinin icraçı direktoru Naycel Vikinq məsələnin danışıqlar yolu ilə həllinə ümid edir: “Əgər çəkilən xərclərlə bağlı yetərincə kompensasiya və geri ödəniş əldə etməsək, bu, hüquqi addım atmaq üçün əsas ola bilər”, – deyə o, bildirib. Xatırladaq ki, martın 21-də səhər saatlarında Avropanın ən böyük hava limanı olan Hitrou yaxınlığında…
Daha çoxHakerlər Putinin DNT-sini əldə ediblər…
Onun Hitlerlə ortaq cəhətləri var..? Hakerlər Rusiya prezidentinin əmisi oğlu Mixail Putinin kompüterini sındırıblar. SİA-nın məlumatına görə, kompüterdə 2023-cü ildə Genotek tərəfindən edilən DNT analizi olub. BILD xəbər verir ki, qohumluq dərəcəsini nəzərə alsaq, bacısı oğlu ilə əmisi arasında genetik oxşarlıq 6,5 faiz təşkil edir (Vladimir Putinin baba və babası Mixail Putinin ulu babalarıdır). Beləliklə, hakerlər Kreml rəhbərinin genetik kodunun bir hissəsini əldə ediblər. …DNT analizi göstərib ki, Mixail Putin ata tərəfdən Rusiyada nadir rast gəlinən E-V13 haploqrupuna aiddir (yəni Vladimir Putin də ona aiddir). İddialara görə,…
Daha çoxNovruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik
Prezident Rəcəb Tayyib Ərdoğan Novruzun Türkiyədə rəsmi bayram elan olunmasına ümid etdiyini bildirib. SİA xəbər edir ki, Ankarada hökumət iclasının yekunlarına dair keçirilmiş mətbuat konfransında çıxış edən Türkiyə lideri baharın gəlişi münasibətilə Türkiyədə təşkil olunan tədbirlərə diqqət çəkib. “Bu il Novruz ölkəmizdə xüsusi bayram ab-havasında qeyd olunub. Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik”, – deyə Ərdoğan bildirib və Novruzu bolluq, firavanlıq simvolu adlandırıb. Onun sözlərinə görə, Türkiyə hökuməti cəmiyyətdə qardaşlığın və həmrəyliyin gücləndirilməsi üzrə səylərini davam etdirəcək. “Təfriqə və nifrət yaradan qüvvələrin maneələrinə baxmayaraq, Novruz gələcəkdə də Türkiyənin 85…
Daha çox