Bakıda bir həftə əvvəl itkin düşmüş yeniyetmələrdən ikisi tapılıb. SİA-nın məlumatına görə, itkin kimi axtarılan 3 yeniyetmə qızdan ikisi tapılaraq ailəsinə təhvil verilib.
Digər yeniyetmənin axtarışı davam edir. Qeyd edək ki, sosial şəbəkədə Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin martın 17-də itkin düşməsi ilə bağlı məlumat yayılıb. Onlarla bağlı axtarış elan edilib.