Çexiya Prezidenti Odessaya səfər edib

Çexiya Prezidenti Petr Pavel Odessaya səfər edib. Ukrayna rəsmiləri ilə görüşü zamanı şəhərə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin yenidənqurma işləri üzrə müavini – icmaların və ərazilərin inkişafı üzrə nazir Aleksiy Kuleba “Facebook” səhifəsində məlumat yayıb. “Biz Çexiya Prezidenti ilə Rusiyanın hər gecə hava hücumu etdiyi Odessa şəhərində görüşdük. Məhz bizim görüşümüz zamanı Rusiya Federasiyası şəhərə üç “Şahed” dəstəsi yeritdi. Bütün sivil dünya Rusiyanın Ukraynaya qarşı cinayətlərini görməlidir”, – deyə Kuleba yazıb. Onun sözlərinə görə, Çexiya Prezidenti ilə görüşündə dəniz…

Daha çox

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, havanın temperaturunun ötən günlərlə müqayisədə 10-15 dərəcə enib. Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Daha çox

Türkiyə Avropanın təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz rol oynayır

Türkiyə Avropada təhlükəsizliyin təmin edilməsi yolunda atılacaq addımların planlaşdırılmasında əvəzolunmaz rol oynayır. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəhbərliyi altında Ankarada keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunlarına dair yayımlanan bəyanatda qeyd olunub. MTŞ-dən bildirilib ki, Ankara bölgədə rifahın artmasına, sülhün və sabitliyin təmin edilməsinə töhvə verməyə davam edəcək. “Ölkəmizin geosiyasi mövqeyi, silahlı qüvvələrinin gücü və müdafiə sənayesinin potensialı bu istiqamətdə atılacaq növbəti addımların əsasını təşkil edir”, – deyə bəyanatda vurğulanıb. Milli Təhlükəsizlik Şurasında Türkiyənin planetin böhran nöqtələrindəki vəziyyətə münasibəti də açıqlanıb. Rusiya-Ukrayna müharibəsinə dair mövzuya gəlincə, bildirilib…

Daha çox

Bakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb

Bakıdan Azərbaycanın bölgələrinə martın 19-20-i tarixlərində 760 reyslə 27 832 sərnişin daşınıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. “Gücləndirilmiş rejimin ilk 2 günü ərzində rekord göstəricilər qeydə alınıb. Birinci gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 386 reyslə 14 mindən çox, ikinci gün isə BBAK-dan 374 reyslə 13 824 sərnişin daşınıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib”, – məlumatda deyilir. Sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından…

Daha çox

Ermənistan Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi əsassız iddialara dair şərh edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə mətbuat konfransında səsləndirdiyi əsassız iddiaları pisləyirik: “Təəssüf ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olur. Xatırladaq ki, qonşusuna qarşı təcavüzə başlamış, həm Ermənistandan, həm…

Daha çox

Ukrayna Krıma hücum etdi

Ukrayna Silahlı Qüvvələri Krıma hücum etməyə cəhd edib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb. Hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 7:10 radələrində pilotsuz təyyarələri vurub. Ümumilikdə, yarımadanın üzərində üç təyyarə zərərsizləşdirilib. Martın 20-dən 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 regionuna 43 təyyarə göndərib. Onlar Volqoqrad, Rostov, Kursk və Belqorod vilayətləri üzərində vurulub.

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı…

Daha çox

Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman müqavilə imzalanmağa hazır olacaq

Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman müqavilə imzalanmağa hazır olacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi iddialarına dair şərhdə deyilir. Qeyd edilib ki, Ermənistanın xarici işlər naziri və digər rəsmi şəxsləri kommunikasiyalar və “silahlara nəzarət mexanizmləri” ilə bağlı qondarma təkliflərinə Azərbaycanın müsbət cavab vermədiyini bildirəndə belə görünür ki, Ermənistan tərəfi ya Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı şərhlərini izləmir, ya da nanəciblik, diqqət, təsdiq və ya başqalarını manipulyasiya etmək…

Daha çox

Güclü zəlzələ İranı silkələdi

İranın cənubundakı Buşehr ostanında 4,6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:13-də (Bakı vaxtı ilə 02:43) Buşəhr şəhərindən 163 km cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 20 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Daha çox

DSMF “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı Birləşmiş Krallığın London şəhərində yerləşən “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gəlib. SİA xəbər verir ki, Fond müsabiqənin “Mükəmməllik Sertifikatı – 2025-ci ilin Qalibi” ali mükafatına layiq görülüb. DSMF müsabiqədə “Sosial müdafiənin inqilabi transformasiyası: Azərbaycanda əlilliyi olan şəxslər üçün inklüziv xidmətlərə rəqəmsal çıxış” müsabiqə işi ilə iştirak edib. Müsabiqə hər il beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialı və…

Daha çox