Bakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb


Bakıdan Azərbaycanın bölgələrinə martın 19-20-i tarixlərində 760 reyslə 27 832 sərnişin daşınıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

“Gücləndirilmiş rejimin ilk 2 günü ərzində rekord göstəricilər qeydə alınıb. Birinci gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 386 reyslə 14 mindən çox, ikinci gün isə BBAK-dan 374 reyslə 13 824 sərnişin daşınıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib”, – məlumatda deyilir. Sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Qeyd edək ki, ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər