Dünya əhalisinin əksəriyyəti havası çirkli şəhərlərdə yaşayır

Dünya əhalisinin böyük əksəriyyəti çirklənmiş hava ilə nəfəs alır. Şəhərlərin cəmi 17 faizi hava çirklənməsinə dair tövsiyələrə əməl edir. SİA xəbər verir ki, bu barədə İsveçrənin havanın keyfiyyətinin monitorinqi üzrə məlumatlar bazası “IQAir”in hesabatında deyilir. Ən çirkli hava Çad, Banqladeş, Pakistan, Konqo Respublikası və Hindistandadır. Dünyanın 20 ən çirkli şəhərindən 13-ü Hindistanın payına düşür. Hesabat 138 ölkədə havanın keyfiyyətinin monitorinqi üzrə 40 min stansiyadan əldə olunmuş məlumatlara əsaslanır. Ekspertlər hesab edirlər ki, hava çirklənməsi ilə bağlı real vəziyyət xeyli ağır ola bilər, çünki dünyanın əksər yerlərində monitorinq aparmaq mümkün deyil.…

Daha çox

17-ci günün duası

Sabah Ramazan ayının 17-ci günüdür. SİA xəbər verir ki, sabah imsak vaxtı saat 05:23, iftar isə 19:04-dədir. İmsak duası: “Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin”. Tərcüməsi: “İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun”. İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” Tərcüməsi:…

Daha çox

Şimali Makedoniyada 7 günlük matəm elan edildi

Şimali Makedoniya hökuməti Koçani şəhərində baş vermiş yanğında 59 nəfərin öldüyü faciə ilə əlaqədar ölkədə 7 günlük matəm elan edib. SİA xəbər verir ki, bu barədə respublika hökumətinin saytında məlumat verilib. “Koçanidə baş verən yanğında 59 gəncin həlak olduğu, yüzlərlə yaralının xəstəxanaya yerləşdirildiyi və tibbi yardım aldığı faciəli hadisə ilə əlaqədar çağırılan hökumətin bugünkü fövqəladə iclasında ölkə ərazisində 7 günlük matəm elan edilməsi barədə qərar qəbul edilib. Hər kəs bu qərara əməl etməyə borcludur, onun pozulmasına görə sərt cəzalar nəzərdə tutulur”, – açıqlamada deyilir.

Daha çox

“ABŞ-ın sülh planı iki hissədən ibarətdir…”

Dövlət katibi deyib ki, “hər iki tərəf güzəştə gedəcək”..? ABŞ-ın Rusiya-Ukrayna müharibəsini həll etmək planı iki hissədən ibarətdir: əvvəlcə atəşkəs, ardınca isə müharibəni dayandırmaq üçün danışıqlar. SİA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio CBS News-a müsahibəsində deyib. …A planı atəşi dayandırmaqdır ki, biz B Planına keçə bilək, ikinci mərhələ hamını masaya oturtmaq, bəlkə də mekik diplomatiyası vasitəsilə [vasitəçi vasitəsilə] bu müharibəni davamlı və hər kəsin ehtiyaclarına hörmət edən bir şəkildə əbədi olaraq bitirmək üçün bir yol tapmaqdır. Rubionun sözlərinə görə, heç…

Daha çox

QALİB VƏ QÜRURLU OLMAĞIN TƏNTƏNƏSİ

ELNARƏ AKİMOVA Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə əmin-arxayın şəkildə prosesləri dəyərləndirməsi ilk növbədə, ölkə başçısının böyük siyasi lider olmasının növbəti göstəricisi sayılmalıdır. Milli maraqlar məsələsində heç kəsə, heç bir dövlətə güzəştə getməyən dövlət başçısının bu gün qürurlu və güvənli görünən obrazının arxasında bu gün var olan, yenidən qurulan, azad, abad Azərbaycan dayanır. İlham Əliyev dünyada baş verən proseslərə öz təcrübəsindən, nüfuz və sərştəsindən, bütün çətinlikləri dəf edərək çatdığı həqiqətlərdən çıxış edərək fikir bildirir. Məhz öz ölkəsinin təcrübəsinə əsaslanaraq,…

Daha çox

Bali adasında rusları niyə görmək istəmirlər..?

…İndoneziyanın Bali adasında yerli sakinlərlə rusiyalı turistlər arasında gərginlik artır. (…qeyd edim ki, əhalinin 86,9 faizini Bali hinduizminə etiqad edən ada İndoneziyada hinduların çoxluq təşkil etdiyi yeganə əyalətdir –A.B.) SİA-nın məlumatına görə, ABN24 turizm eksperti Arseni Simonova istinadən xəbər verir ki, əgər əvvəllər burada rusları səmimi qarşılayırdılarsa, indi onların olması yerli əhali arasında getdikcə daha çox narazılıq yaradır. Gərginliyin əsas səbəbi odur ki, bir çox Rusiya vətəndaşı turist olmaqdan kənara çıxaraq adada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa can atır. Bu da yerli əhalinin ciddi narazılığına səbəb olur. Yerli sakinlər narahatdırlar…

Daha çox

“Putini tariflər boğacaq..?”

ABŞ atəşkəsə nail olmaq üçün Rusiyaya necə təzyiq göstərə bilər..? Rusiya lideri Vladimir Putinin Ukrayna ilə 30 günlük atəşkəs təklifinə reaksiyası gözlənilir. Ağ Ev yəqin ki, vəziyyətin çıxılmaz vəziyyətə düşdüyünü anlayır. Lakin hələlik Tramp Kreml rəhbərinə lazımi təzyiq göstərməyib. SİA-nın məlumatına görə, sosioloq və media eksperti İqor Yakovenko Glavred-ə müsahibəsində Trampın Putinə real təsir rıçaqlarının olub-olmamasından danışıb. Yakovenko proqnozlaşdırır ki, Amerika lideri hələ də vəziyyətin çıxılmaz olduğunu başa düşmür, lakin o, Putinin qərarına təsir edə bilər. …Rıçaqlar Pentaqonun anbarlarındadır. 7 min “Tomaqavk” raketi, bir neçə min…

Daha çox