Bali adasında rusları niyə görmək istəmirlər..?


…İndoneziyanın Bali adasında yerli sakinlərlə rusiyalı turistlər arasında gərginlik artır. (…qeyd edim ki, əhalinin 86,9 faizini Bali hinduizminə etiqad edən ada İndoneziyada hinduların çoxluq təşkil etdiyi yeganə əyalətdir –A.B.)

SİA-nın məlumatına görə, ABN24 turizm eksperti Arseni Simonova istinadən xəbər verir ki, əgər əvvəllər burada rusları səmimi qarşılayırdılarsa, indi onların olması yerli əhali arasında getdikcə daha çox narazılıq yaradır.

Gərginliyin əsas səbəbi odur ki, bir çox Rusiya vətəndaşı turist olmaqdan kənara çıxaraq adada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa can atır.

Bu da yerli əhalinin ciddi narazılığına səbəb olur. Yerli sakinlər narahatdırlar ki, rusiyalı sahibkarlar xidmət sektorunda əsas vəzifələri tutaraq yerli indoneziyalıları işsiz qoyurlar.

Bu, xüsusilə turizm sektorunda özünü büruzə verir: ruslar şəxsi ekskursiyalar təşkil edir, hava limanlarında müştəriləri fəal şəkildə cəlb edirlər.

Bundan əlavə, Rusiyadan olan sahibkarların yaşayış binalarının bütün mərtəbələrini sonradan həmyerlilərinə qısamüddətli icarəyə vermək üçün icarəyə götürdükləri hallar olub.

Ekspertin fikrincə, Bali adasında Rusiya vətəndaşlarına münasibətdə baş verən dəyişikliklər davamlıdır və yaxın gələcəkdə vəziyyət daha da gərginləşə bilər.

Əli Babayev

Əlaqəli Xəbərlər