“Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən öz sonra öz fəaliyyətini bərpa etdi”. SİA xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda qeyd edib.
Nazir bildirib ki, bir zaman Suriyada Azərbaycan səfirliyi mövcud idi və daha sonra keçmiş Əsəd rejimi tərəfindən Azərbaycana qarşı aparılan qeyri-dost addımları bizim səfirliyimizin fəaliyyətini dayandırmışdır: “Biz yeni reallıqları nəzərə alaraq dərhal yeni hakimiyyətlə ünsiyyət qurduq. Azərbaycanın nümayəndə heyəti Suriyaya səfər etdi, orada görüşlər keçirdi. Bizim təmaslarımız davam edir. Artıq ilk humanitar yardım ölkəmiz tərəfindən Suriyaya göndərilib”.