40 manat məbləğində cərimə nəzərdə tutulub…

Sərnişin daşımaları həyata keçirənlərə fərqlənmə nişanları yalnız onlayn veriləcək Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, proses AYNA informasiya sisteminə inteqrasiya olunan “Fərqlənmə nişanı” altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş ASAN İmza ilə mümkün olacaq. Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün “İstifadəçi təlimatları” hazırlanıb.…

Daha çox

30 günlük atəşkəs təklifinə yenidən baxılmalıdır

Rusiyanın maraqlarını nəzərə almaq üçün… Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ və Ukrayna nümayəndələrinin Səudiyyə Ərəbistanında keçirilən görüşündə razılaşdırılan 30 günlük atəşkəs təklifi Rusiyanın maraqları nəzərə alınmaqla yekunlaşdırılmalıdır. …Sənəd, mənə elə gəlir ki, tələsikdir. Biz də işləməli, düşünməli və öz mövqeyimizi nəzərə almalı olacağıq. Orada yalnız Ukrayna yanaşması ortaya qoyulub. SİA-nın məlumatına görə, Uşakov Ukraynada atəşkəs təklifini şərh edərkən jurnalistlərə bildirib. O, daha əvvəl vurğulamışdı ki, Ukrayna münaqişəsində 30 günlük atəşkəs təklifi Rusiyaya heç nə vermir və Ukraynanın öz qüvvələrini yenidən toplaması üçün…

Daha çox

“Rusiya tutduğu əraziləri geri qaytarmayacaq”

“Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi-siyasi sistemini köklü şəkildə zədələdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib. O bildirib ki, Amerikada Bayden hakimiyyəti Ukrayna münaqişəsini yaratmaqla dünyada hərbi xaos yaratdı: “Bu hərbi xaosun fonunda Birləşmiş Ştatlar öz maraqlarını həyata keçirdi. Bayden hakimiyyəti Birləşmiş Ştatları Rusiyanın düşməni elan etmişdi. Rusiyanı dünya siyasi xəritəsindən silmək istəyirdi. Ukrayna münaqişəsi onu göstərdi ki, Rusiya dünyada güc mərkəzidir. Rusiyanın siyasi maraqları ilə hesablaşmaq lazımdır. Artıq Amerikada hakimiyyət dəyişikliyi yaranmışdır. Trampın hakimiyyətə gəlməzdən əvvəl də seçicilər qarşısında bəyanat vermişdi…

Daha çox

Peskov Putinin hərbi formasını Kurskda döyüşlərin bitməsi ilə əlaqələndirib

Rusiya prezidenti Vladimir Putinin ötən gün geyindiyi hərbi geyim onun yaxın gələcəkdə Kursk bölgəsini azad etmək əzmi ilə bağlıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib. …Bu, daha çox, Kursk bölgəsinin azad edilməsini yaxın gələcəkdə başa çatdırmaq əzminin siqnalıdır, -deyib Peskov. Qeyd edək ki, martın 12-də axşam prezidentin Kursk vilayətinə səfərinin kadrları dərc olunub. O, bölgədə hərbi əməliyyatlar başlayandan bəri ilk dəfədir ki, gəlib. Kadrlarda Putin kamuflyaj forması geyinib. Peskov bir müddət əvvəl jurnalistlərin hərbi forma ilə bağlı suallarını cavablandırarkən bildirmişdi ki,…

Daha çox

XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə keçirilib

XII Qlobal Bakı Forumu çərçivəsində “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda panel müzakirəsi keçirilib. SİA xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sabiq Prezidenti Şarl Mişel deyib ki, Ukraynadakı böhranla bağlı Aİ əlindən gələni edib. Onun sözlərinə görə, Aİ Afrika, Asiya ölkələri ilə, orada olan təşkilatlarla əməkdaşlıq edə, əlaqələr qura bilər. “Təhlükəsizlik məsələsi, müharibələr, böhranlar problemi var. Amma biz çalışırıq bu problemləri aradan qaldıraq”, – Şarl Mişel vurğulayıb. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın hər zaman çoxtərəfli diplomatiyanın tərəfdarı olduğunu diqqətə çatdırıb.…

Daha çox

Putin Trampın nümayəndəsi ilə Moskvada görüşəcək

ABŞ prezidentinin xüsusi elçisi Steve Uitkoff martın 13-də axşam Moskvada Kreml lideri Vladimir Putinlə görüşəcək. SİA xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb. KİV-in məlumatına görə, Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Putin Vitkovu “Kremlin 1-ci binasında” qəbul edəcək. Görüşün başqa təfərrüatları açıqlanmayıb. Məlum olduğu kimi, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun təyyarəsi cümə axşamı Moskvaya eniş edib. Onun Ukrayna nümayəndə heyəti ilə martın 11-də Ciddədə keçirilən danışıqların nəticələrini Rusiyada təqdim edəcəyi gözlənilir. Əli Babayev

Daha çox

Beynəlxalq tədbirlər vətəndaşlarımızda hansı düşüncələri yaradır?

Azərbaycan beynəlxalq arenada fəal və nüfuzlu ölkələrdən biri kimi müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək, qlobal məsələlərin həllində mühüm rol oynayır. Ölkəmiz həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahələrdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, mühüm zirvə görüşlərinə, forumlara və konfranslara qatılır. Eyni zamanda, Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Mədəniyyətlərarası Dialoq Forumu, COP29 kimi irimiqyaslı tədbirlərə ev sahibliyi etməklə Azərbaycan qlobal dialoqun inkişafına öz töhfəsini verir. Bu iştirak, Azərbaycanın beynəlxalq əlaqələrini daha da möhkəmləndirərək, həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən ölkənin dünya miqyasında tanınmasına və nüfuzunun artmasına xidmət edir. Bəs…

Daha çox

Azərbaycan və İƏT Bakıda Təmiz Enerji Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionu üçün Təmiz Enerji Mərkəzinin yaradılmasını müzakirə edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov ilə XII Bakı Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İƏT-in Baş katibi Əsəd Məcid Xan arasında keçirilən görüşdə aparılıb. Həmçinin, Təmiz Enerji Mərkəzi vasitəsilə həyata keçiriləcək təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Görüşdə Azərbaycanın təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs və layihələrindən bəhs edilib. Mərkəzin Bakıda rəsmi açılışı üçün lazımi proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin bu il Azərbaycanın İƏT-in sammitinə ev sahibliyi çərçivəsində…

Daha çox