İstanbulda “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi-TAHD (Tüm Azerbaycanlı Hekimler) fəaliyyətə başlayıb. Azərbaycanın Türkiyədə tibb sahəsində fəaliyyət göstərən peşəkar həkimlərini, tibb işçilərini və səhiyyə ekspertlərini bir araya gətirməyi hədəfləyən yeni qurumun ilk toplantısı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Yeni Klinikanın nəzdindəki TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, dərnəyin İdarə Heyətinin rəhbəri Günay Əliyeva, İstanbulda fəaliyyət göstərən səhiyyə işçiləri və digərləri çıxış edərək dərnəyin yaradılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib, bu platformanın gələcəkdə Türkiyə və Azərbaycan…
Daha çoxFutbol azarkeşləri arasında kütləvi dava olub
Moskva vilayətinin Ximki şəhərində “Dinamo-2” və “Kaluqa” komandalarının futbol azarkeşləri arasında kütləvi dava olub. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Ümumilikdə əlbəyaxa davada 30-a yaxın şəxs iştirak edib, onlardan 3-ü barəsində inzibati protokol tərtib edilib. Qeyd olunur ki, polisə yerli sakinlər müraciət edib. Dava iştirakçılarından heç biri həkimə müraciət etməyib. Qeyd edək ki, martın 15-də “Dinamo-2” İkinci Liqa matçında “Kaluqa”nı 1:0 hesabı ilə məğlub edib. Görüş Novoqorskdakı “ağ-mavilər” bazasında baş tutub. Bundan əvvəl Stavropol “Dinamo”su ilə Mahaçqala “Dinamo”sunun ikinci komandası arasında İkinci Liqa matçında kütləvi dava…
Daha çoxProtezlə təmin edilən qazilərdə fəsadlaşma halları aşkarlanmayıb
Son illər Azərbaycanda atroplastik oynaq əməliyyatlarının sayı kəskin artıb. Təbii ki, bununla paralel fəsadlaşmaların da sayında artım müşahidə olunur. Onlardan ən qorxulusu, ən təhlükəlisi məhz əməliyyat sonrası oynaq infeksiyası – periprostetik infeksiyadır. Bunun müalicəsi həm xəstə, həm xəstə yaxınları, həm də səhiyyə sistemi üçün çox ağır və çətindir. Bütün bunları nəzərə alaraq bugünkü praktik təlim kursunu məhz periprostetik infeksiyalara həsr etdik. Kursda ölkənin müxtəlif regionlarından 150 travmatoloq-ortoped və infeksionist iştirak etdi. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu “AO Trauma” Cəmiyyətinin Azərbaycan üzrə sədri, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya…
Daha çoxSerbiya müxalifətin səs topundan istifadə ittihamlarını rədd edir
Serbiya Daxili İşlər Nazirliyi etirazçılara qarşı səs topundan istifadə edilməsi ilə bağlı xəbərləri təkzib edib. SİA xəbər verir ki, bu barədə RİA Novosti idarənin mətbuat xidmətinə istinadən bildirib. …Bugünkü 15 dəqiqəlik sükut zamanı Serbiya Daxili İşlər Nazirliyi “səs topundan” istifadə etməyib, çünki bu səsli silahdan istifadə qanuna uyğun deyil, – deyə məlumatda bildirilir. Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində şənbə günü axşam saatlarında Belqradda etirazlar zamanı baş verən iğtişaşlardan sonra 56 nəfərin xəstəxanaya aparıldığını bildirib. Onun sözlərinə görə, 44 nəfər təcili tibbi yardım mərkəzində, 11 nəfər Zvezdara klinik…
Daha çoxŞimali Makedoniyadakı faciədə ölənlərin sayı 59-a çatıb
Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində həlak olanların sayı 59-a yüksəlib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib. Nazir faciə nəticəsində 155 nəfərin yaralandığını, onlardan 152-nin xəstəxanaya yerləşdirildiyini qeyd edib. Faciə qurbanlarının yaşlarının 14-25 arasında olduğu bildirilib. Səhiyyə naziri Arben Taravari vəziyyəti ağır olan 20 yaralının müalicə üçün xaricə göndəriləcəyini deyib. Şimali Makedoniya hökumət faciəsi ilə əlaqədar bir həftəlik milli matəm elan etməyə hazırlaşır.
Daha çoxRusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.
Daha çoxGələn həftə Putinlə Tramp arasında görüş gözlənilir
…Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp gələn həftə telefon danışığı aparacaq. SİA-nın məlumatına görə, bu barədə CNN-ə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bildirib. …Mən bu həftə iki prezident arasında söhbət olacağını gözləyirəm. Bunu Vitkoff deyib. Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov zərurət yaranarsa, Putinlə Tramp arasında görüşün baş tutacağını bildirmişdi. Əli Babayev
Daha çoxPerulu balıqçı Sakit Okeanda 95 gün qaldıqdan sonra sağ tapılıb
Perulu balıqçı Masimo Napa Kastro Sakit okeanda 95 gün tək qaldıqdan sonra Ekvador gəmisinin ekipajı tərəfindən xilas edilib. SİA-nın məlumatına görə, 62 yaşlı kişi ötən ilin dekabrında sahildən üzdüyü yerdən 1500 km aralıda tapılıb. Mətbuatda yayılan məlumatlara görə, Kastronun vəziyyəti o qədər ağır idi ki, yardım almasaydı, bir gündən artıq yaşaya bilməzdi. Əvvəllər Braziliya və Cənubi Afrikada xarici gəmilərdə işləyən təcrübəli balıqçı təxminən bir aya yaxın dənizdə qalmağı planlaşdırırdı. Lakin yola düşdükdən bir neçə gün sonra qayığın mühərriki xarab olub və onu doğaçlama vasitələrlə təmir etmək cəhdləri uğursuz olub. Tezliklə…
Daha çoxBakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək. Bu barədə SİA Azərbaycan Yerüstü Nəqliyyat Agentlyindən bildirilib. 17 nömrəli marşrut: Fətəli xan Xoyski → Ağa Nemətulla → Təbriz Təbriz → Ağa Nemətulla → Fətəli xan Xoyski Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək. 24 nömrəli marşrut: Ziya Bünyadov pr. → Əhməd Rəcəbli → Təbriz Əhməd Rəcəbli → Ziya Bünyadov pr. Daha sonra öz hərəkət sxemi üzrə…
Daha çoxİsrail ordusu Livanın cənubunda “Hizbullah”ın iki üzvünü öldürüb
İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda kəşfiyyat apardığı və terror əməliyyatlarına cavabdeh olduğu iddia edilən “Hizbullah” qruplaşmasının iki üzvünü öldürüb. SİA xəbər verir ki, bu barədə bazar günü ordunun mətbuat xidməti məlumat yayıb. “İMQ bu gün səhər saatlarında Livanın cənubundakı Yatar və Mis əl-Cəbl ərazilərində kəşfiyyat aparan və aparıcı terror əməliyyatlarında iştirak edən iki “Hizbullah” terrorçusunu öldürüb”, – məlumatda bildirilib. Qeyd edək ki, 2024-cü ilin noyabrında imzalanmış atəşkəs sazişinin icrası fonunda ərazi iddialarının həlli üçün martın 11-də İsrail və Livan ABŞ ilə Fransanın iştirakı ilə danışıqlara başlayıb. Danışıqlar günü İsrail…
Daha çox