Almaniya prezidenti Ukraynaya ən güclü dəstək olacağına söz verdi

Eyni zamanda, ölkə silahlı qüvvələrini gücləndirir… …Almaniya Avropada ən böyük dəstəkçisi olaraq Ukraynaya hərbi yardım göstərməyə davam edəcək, eyni zamanda silahlı qüvvələrini və Almaniyanın müdafiə sənayesinə sərmayələrini gücləndirəcək. SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer aprelin 28-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Almaniyanın NATO-ya qəbulunun 70-ci ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı deyib. …Biz Avropada Ukraynanın ən güclü dəstəkçisi olmağa davam edəcəyik, onun azadlığını, suverenliyini və Avropanın gələcəyini müdafiə edəcəyik, – deyə Ştaynmayer vurğulayıb. …Bu gün Putinin Ukraynaya qarşı müharibəsi tam…

Daha çox

Nazirliyin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin verilən məlumata görə, Zərifə xanımın məzarı üzərinə əklil və gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Daha çox

Bir neçə milyard avroya qənaət etmək üçün iş yerləri ləğv olunacaq

İki-üç milyard avroya qənaət etmək üçün yüz minlərlə iş yeri ləğv olunmalıdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransanın dövlət hesablama naziri Ameli dö Monşalən bu haqda açıqlama verib və ölkədəki dövlət sektorunda fəaliyyət göstərən qurumların üçdə birini birləşdiriəcəyini və ya ləğv ediləcəyini bildirib. Fransalı nazir dövlət sektorunda ixtisar olunacaq və ya ləğv ediləcək işlər, qurumlar haqqında mayın ortasında məlumat verəcək. Nazirin açıqlamasından sonra Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) dövlət qulluğu üzrə həmkarlar ittifaqı dövlət qulluğu sahəsində 180 min insanın gələcəkləri üçün narahat olduğunu vurğulayıb. Ümumi Əmək Konfederasiyası (CGT)…

Daha çox

“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri”…

Aprelin 28-də Bakıda, Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmək Məcəlləsindən, bu sahədə ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. “Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması…

Daha çox

İran parlamentinin deputatı: Azərbaycan mühüm qonşu dövlətdir

İran ilə Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlıq davam edir. İki ölkə arasında neft yataqları sahəsində və strateji səviyyədə əməkdaşlıq üçün yaradılan işçi qrupu fəaliyyətini davam etdirir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (Parlament) Enerji komitəsi sədrinin müavini Ramazan Əli Sangdevni İRNA xəbər agentliyinə verdiyi açıqlamada deyib. O bildirib ki, dünya iqtisadiyyatında enerjinin əhəmiyyətli rolunu nəzərə alaraq, qonşu ölkələr arasında əməkdaşlıq əlaqələrini artırmaq perspektivdə hər iki dövlətin inkişafına mühüm təsir göstərə bilər. İran parlamentinin deputatı deyib: “İran azərbaycanlı sərmayədarları həvəsləndirib ölkəyə cəlb…

Daha çox

Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşına çevrilib

Azərbaycanın ikitərəfli əməkdaşlığa verdiyi önəm bugünkü reallıqlarda özünü aydın şəkildə nümayiş etdirir. Qarşılıqlı səfərlərin uğurla davam etdiyi indiki vaxtda Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri geniş müzakirə edilir, iki ölkənin münasibətlərinin tarixinə nəzər salınaraq qarşıdakı dövrün hədəfləri diqqətə çatdırılır. Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu…

Daha çox

ABŞ Trampın Putindən qorxmasından danışıb…

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə daha sıx əlaqələr qurmağa çalışır. SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə keçmiş direktoru Fiona Hill deyib. …Tramp Putini təkrarlayır. O, ona yaxınlaşmaq istəyir. Bunu Trampın keçmiş müşaviri deyib. Bundan əvvəl Ağ Evin keçmiş kommunikasiya direktoru Entoni Skaramuççi bildirib ki, prezident Tramp Putindən qorxur. O, həmçinin vurğulayıb ki, Amerika prezidenti nə Kanadanın keçmiş baş naziri Castin Trüdoya, nə də İngiltərənin indiki baş naziri Keir Starmerə qarşı belə ehtiyatlı davranmayıb. …Martın 18-də Hill bildirib ki, Putin…

Daha çox

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb

Səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 33 ailə olmaqla, 137 Xocalı sakini öz yurduna qayıdıb. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Xocalıya köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. Qeyd edək ki, köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. İndiyədək Xocalı…

Daha çox