Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından 107 il ötür. 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür”.
Daha çoxTbilisidə polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb
Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Tbilisidə keçirilən etiraz aksiyası zamanı polis avtomobilinə zərər yetirən Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü D.K.-nın saxlanılıb. Nazirliyin yaydığı məlumata görə, 28 mart tarixində Rustaveli prospektində keçirilən aksiyada üzünü xüsusi maska ilə gizlədən şəxs DİN-in balansında olan avtomobili məqsədli şəkildə zədələyib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində onun kimliyi müəyyən edilib və Tbilisidə saxlanılıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin…
Daha çoxAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 25 % azaldıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 7,503 milyon ABŞ dolları dəyərində geyim idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır. Təkcə fevralda isə Türkiyə Azərbaycana 3,895 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 27,1 % azdır. İki ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 5 % azalaraq 2,77 milyard ABŞ dollarına, fevralda isə 9,3 % azalaraq 1,359 milyard ABŞ dollarına düşüb.
Daha çoxİcma Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Qərbi Azərbaycan İcması (QAİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb. SİA xəbər verir ki, bəyanatda Ermənistan tərəfindən törədilmiş total etnik təmizləmə və insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş Qərbi azərbaycanlıların bu günü dərin kədərlə anıldığı deyilir. “1918-ci il martın 31-də Bakıda azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərzində aparılıb…
Daha çoxİrəvanda Almaniya Prezidentinin qarşılanma mərasimi keçirilir
İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Ermənistan prezidenti Vaaqn Xaçaturyan arasında görüşün rəsmi mərasimi başlayıb. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Qeyd olunur ki, Ştaynmayer və həyat yoldaşı Elke Büdenbender regional səfər çərçivəsində ötən axşam Ermənistana gəliblər. Daha əvvəl Ştaynmayerin Ermənistanda ölkə prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırıldığı bildirilmişdi.
Daha çoxBibiheybət məscid-ziyarətgah Kompleksində Soyqırım Gününə həsr edilən tədbir keçirilib
Bibiheybət məscid-ziyarətgah Kompleksində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin, soyqırım qorbanıarının, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirini açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev bildirib ki, son iki yüz il ərzində ermənilərin “böyük Ermənistan” yaratmaq xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi…
Daha çoxDünya Bankı Qazaxıstanda karbon bazarının inkişafı üçün 4,8 milyon dollar ayırıb
Dünya Bankı Qazaxıstanda tullantıların kvotası üzrə ticarəti sisteminin inkişafına və karbon qiymətlərinin müəyyən edilməsi mexanizmlərinin ölkənin iqtisadi strategiyasına inteqrasiyasına yönəlmiş “Bazarın Reallaşdırılması üzrə Tərəfdaşlıq” (PMI) layihəsinin həyata keçirilməsi üçün 4,8 milyon ABŞ dolları məbləğində qrant ayırıb. SİA banka istinadən xəbər verir ki, layihə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ölkənin karbon bazarının operatoru olan “Jasıl Damu” SC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə 2028-ci il iyunun 30-dək həyata keçiriləcək. Qeyd edək ki, Qazaxıstan istixana qazları emissiyalarının ticarət sistemini tətbiq edən ilk Mərkəzi Asiya ölkəsi olub. Bu sistemin gücləndirilməsi və…
Daha çoxƏlcəzair Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Əlcəzair Prezidenti Abdelmacid Tebbun İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, Əziz Qardaşım. Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaşxalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm. Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində…
Daha çoxErmənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir
Ermənistan “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”, – qurumdan bildirilib. Eyni zamanda XİN-dən vurğulanıb ki, KTMT-nin daxili prosedurlarına əsasən, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır. Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın 2025-ci ilin sonuna qədər üzvlük haqqının ödəməyəcəyi…
Daha çoxAzərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 7 %-ə yaxın azaldıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 25,829 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,7 % azdır. Təkcə fevralda isə Türkiyə Azərbaycana 14,035 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,2 % azdır. İki ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 2 % artaraq 2,098 milyard ABŞ dollarına, fevralda isə…
Daha çox